Rusiya Ukrayna ilə müharibəyə doğru getdiyini inkar edir, Aleksandr Lukaşenkonun Bakıya rəsmi səfəri gözlənilir

Ukrayna Rusiya Ukrayna Münaqişə Donbass Şərqi Donbass Putin Vladimir Putin Zelensky Zelenski

Şəklin mənbəyi, Getty Images

Rusiya Ukrayna ilə müharibəyə doğru getdiyini inkar edir, Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu həftə Bakıya rəsmi səfəri gözlənir, İranın enerji naziri bazar günü Tehranın cənubundakı Natanz kompleksində elektrik kəsilməsinə səbəb olan "terror aktı" nda kimin günahkar olduğunu açıqlamayıb - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Rusiya Ukrayna ilə müharibəyə doğru getdiyini inkar edir

Bazar günü Kreml şərqi Donbass bölgəsində gərginliyin artması ilə Ukraynayla müharibəyə doğru getmədiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov "Rusiya-1" kanalına müsahibəsində "əlbətdə ki, heç kim müharibəyə doğru getməyi planlaşdırmır və ümumiyyətlə heç kim belə bir müharibə ehtimalını qəbul etmir" deyib.

"Heç kim Ukraynada vətəndaş müharibəsi ehtimalını da qəbul etmir," - o vurğulayıb.

Son həftələrdə Rusiyapərəst separatçılarla Ukrayna qüvvələri arasında sərhədə rus qoşunlarının yığılması fonunda toqquşmalar baş verdikdən sonra bölgədə ciddi eskalasiya qorxusu artıb.

Reuters Ukrayna Prezidentinin köməkçisi Yulia Mendelə istinadən yazır ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə görüşüb danışmaq üçün bir istək göndərsə də, hələlik bir cavab almayıb. Ukrayna tərəfi bunun "dialoqdan imtina olmadığına ümid etdiyini" açıqlayıb.

Reuters bildirir ki, danışıqların mövzusu Donbasdakı vəziyyət ola bilər.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin hələ Zelensky ilə təmasları planlaşdırmadığını, "amma lazım olsa, bunun çox sürətli bir şəkildə təşkil edilə biləcəyini" deyib.

Lukaşenkonun Bakıya rəsmi səfəri zamanı İlham Əliyevlə "iki görüşü olacaq"

Ilham Əliyev Lukashenko

Şəklin mənbəyi, Getty Images

Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu həftə Bakıya rəsmi səfəri gözlənir. Bu barədə Tелеграм-канал «Пул первого" xəbər verib.

Bildirilir ki, Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, danışıqlar aparacaq.

Əsas danışıqların çərşənbə günü keçirilməsinin planlaşdırıldığı bildirilir.

Belarus Prezidentinin rəsmi saytı bildirir ki, iki günlük proqramın gündəliyi "zəngin"dir.

"Xüsusilə, Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyevin iki görüşü olacaq. Bunlardan biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-rəsmi atmosferdə dövlət başçıları Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər," - məlumatda bildirilir.

İran əsas Natanz nüvə obyektinin "təxribata" məruz qaldığını açıqlayıb

İran nüvə təxribat region

Şəklin mənbəyi, Reuters

İranın bir nüvə təsisi yeni uran zənginləşdirmə avadanlığını təqdim etdikdən bir gün sonra "təxribata" məruz qalıb.

Əli Əkbər Salehi bazar günü Tehranın cənubundakı Natanz kompleksində elektrik kəsilməsinə səbəb olan "terror aktı"nda kimin günahkar olduğunu açıqlamayıb.

İsrailin ictimai mediası İsrailin kəşfiyyat mənbələrinə istinadən bunu İsrail kiber hücumunun nəticəsi olduğunu açıqlayıb.

İsrail hadisəni birbaşa şərh etməyib, ancaq son günlərdə İranın nüvə proqramı ilə bağlı xəbərdarlıqlarının sayını artırıb. Bu ərəfədə ABŞ Tramp administrasiyası tərəfindən 2018-ci ildə tərk edilən "2015-ci il nüvə sazişi"ni canlandırmaq üçün diplomatik səylərini davam etdirir.

Şənbə günü İran Prezidenti Həsən Ruhani Natanz-da televiziyada canlı yayımlanan bir mərasimlə yeni santrifüjlərin açılışını etdi. Santrifüjlər zənginləşdirilmiş uran istehsal etmək üçün lazım olan, nüvə silahlarının yanında reaktor yanacağının hazırlanmasında istifadə edilə bilən cihazlardır.

Bu, 2015-ci ildə imzalanan müqavilədə ölkənin yalnız ticari elektrik stansiyaları üçün yanacaq istehsalında istifadə ediləcək məhdud miqdarda zənginləşdirilmiş uran istehsal etməsinə və saxlamasına icazə verən anlaşmasını pozduğunu göstərib.

İran nə deyir?

Bazar günü İranın Atom Enerjisi Təşkilatının (AEOI) sözçüsü Bəhruz Kamalvandi səhər nüvə qurğusunun enerji şəbəkəsi ilə bağlı "hadisə" olduğunu açıqlayıb.

Cənab Kamalvandi daha ətraflı məlumat verməyib, lakin İranın Fars xəbər agentliyinə bildirib ki, "itki və sızıntı yoxdur".

Daha sonra dövlət televiziyası AEOI rəhbəri Əli Əkbər Salehinin hadisəni "təxribat" və "nüvə terrorizmi" kimi xarakterizə etdiyi bir açıqlamasını yayımlayıb.

"Bu mənfur hərəkəti qınayan İran İslam Respublikası beynəlxalq birliyin və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) bu nüvə terrorizmi ilə mübarizə etməsinin vacibliyini vurğulayır," açıqlamada deyilir.

İran "cinayətkarlara qarşı tədbir alma hüququnu özündə saxladığını" bildirib. MAQATE hadisə barədə xəbərdar olduğunu, ancaq şərh verilməyəcəyini açıqlayıb.

Ötən ilin iyul ayında da Natanz sahəsindəki mərkəzi santrifüj montaj sexində bir yanğın olmuş, İran həmin yanğını da təxribat kimi xarakterizə etmişdi.

line

İran, nüvə böhranı: əsaslar

Dünya gücləri İrana etibar etmir: Bəzi ölkələr İranın nüvə enerjisi istədiyi üçün nüvə bombası yaratmaq istədiyinə inanır - İran bunu inkar edir.

Beləliklə bir müqavilə bağlandı: 2015-ci ildə İran və digər altı ölkə böyük bir razılığa gəldi. İran iqtisadiyyatına zərər verən sərt cəzalara və ya sanksiyalara son qoymaq üçün bəzi nüvə işlərini dayandıracaqdı.

İndi problem nədir? ABŞ-ın keçmiş prezidenti Donald Trump anlaşmadan çıxdıqdan və İrana yenidən sanksiyalar tətbiq etdikdən sonra İran yenidən qadağan olunmuş nüvə işinə başlayıb. Yeni lider Joe Biden yenidən qoşulmaq istəsə də, hər iki tərəf də ilk addımı digərinin etməsi lazım olduğunu söyləyir.

line

İsrail necə iştirak edə bilər?

İsrailin Kan ictimai yayımçısı adı açıqlanmayan kəşfiyyat mənbələrinə istinad edərək, müəssisədəki elektrik enerjisinin kəsilməsinin İsrailin kiber əməliyyatı olduğunu bildirib. Haaretz qəzeti də hadisənin İsrailin kiber hücumu olduğu qəbul edilə biləcəyini yazıb.

Ynet xəbər saytının müdafiə məsələləri üzrə təhlilçisi Ron Ben-Yishai qəzanın səbəbinin qəza ola biləcəyini deyil, İranın nüvə proqramının sürətini yavaşlatmaq üçün qəsdən təxribat olduğunu yazıb. Bu, ABŞ-la sanksiyaların ləğvi ilə bağlı yenidən aparılan danışıqların və Tehranın nüvə silahı istehsal etmə ehtimalına yanaşmasının fonunda baş verir.

Bazar günü İsrail Baş Naziri Binyamin Netanyahu "İrana və onun etibarlı şəxslərinə və İranın silahlanma səylərinə qarşı mühbarizə böyük bir vəzifədir" deyib.

"Bu gün mövcud olan vəziyyət mütləq sabah mövcud olacaq vəziyyət olmayacaq" deyə İsrail Baş naziri İran hadisəsinə birbaşa istinad etmədən əlavə edib.

Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) olaraq bilinən İranın nüvə razılaşması Donald Trump ABŞ-ı anlaşmadan çıxardığı gündən ağır vəziyyətdə olub.

Biden rəhbərliyi altında onu canlandırmaq üçün diplomatik səylər iki qat artırıldı.Ancaq cənab Netanyah razılaşmaya qayıtmağa qarşı xəbərdarlıq etdi və keçən həftə İsrailin Tehranla yeni bir razılaşmaya bağlı olmayacağını bildirdi.

Razılaşmaya nə oldu?

Nüvə anlaşması İrana yalnız 3.67 faiz konsentrasiyasına qədər zənginləşdirilmiş məhdud miqdarda uran istehsalına və saxlamağa imkan verir. 90 faiz və ya daha çox zənginləşdirilmiş urandan nüvə silahı hazırlamaq üçün istifadə edilə bilər.

Cənab Trump razılaşmanın "qatil bir rejimin yalnız sülhsevər bir nüvə enerjisi proqramı istədiyi nəhəng bir uydurmaya" dayandığını və İranı bir əvəzetmə danışıqlarına məcbur etmək məqsədi ilə iqtisadiyyatını "şikəst" qoyacaq iqtisadi sanksiyaları bərpa etdiyini açıqladı.

Nüvə silahı istəmədiyini israr edən İran bunu etməkdən imtina etdi və razılığa əsasən bir sıra əsas öhdəlikləri geri götürdü. Bundan sonra ABŞ-a təzyiqi artırmaq üçün pozuntuları sürətləndirdi. İran uranı zənginləşdirmək üçün inkişaf etmiş santrifüjlərin işlənməsini, ən çox ayrılan U-235 izotopunun 20 faiz konsentrasiyasına qədər zənginləşdirilməyə davam etməsini və bu materialdan bir ehtiyat yığılmasını təmin etdi.