Gəncəyə raket zərbəsində ata-anasını, balaca bacısını itirən Xədicə indi nə edir?

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Ötən ilin payızında baş vermiş İkinci Qarabağ müharibəsində Gəncəyə atılan sonuncu raket zərbəsində ata-anasını, balaca bacısını itirən, 3 gün gözünü açmayan Xədicənin indi başqa dünyası var.

2020 -ci ilin sentyabrında Ermənistanla Azərbaycan arasında başlamış və 44 gün davam etmiş müharibə zamanı Azərbaycanın ikinci böyük şəhəri bir neçə dəfə erməni hərbçilərinin raket zərbələrinə tuş gəlmişdi.

Balaca Xədicənin valideynləri Züleyxa və Royal Şahnəzərovlar və bacısı Mədinə oktyabrın 17-də gecə vaxtı edilən hücum zamanı dağıntılar altında qalaraq həlak olmuşdu.

Nənəsi Sevinc Ağayeva deyir ki, psixoloqlar onlara Xədicəyə ata-anasının həlak olması ilə bağlı tədricən danışmağı məsləhət görüblər, həqiqəti o bir az böyüyəndən sonra söyləcəklər.

Ona görə valideynlərinin də şəkillərini hələlik göstərmirlər.

Xədicə