Koçaryanın ittiham olunduğu maddə antikonstitusion hesab olunub, Paşinyan istefa verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə növbədənkənar seçkilərin keçirilməsi üçün aprel ayında istefa verəcəyini bildirib. Bununla yanaşı, o, seçkinin keçirilməsinə qədər baş nazir səlahiyyətlərini yerinə yetirməkdə davam edəcək.

Ermənistanda hərbi vəziyyət rejimi bu yaxınlarda ləğv olunub."Aprel ayında mən istefa verəcəyəm ki, biz növbədənkənar seçkilər keçirə bilək. Seçkilərə qədər mən baş nazirin səlahiyyətlərini icra edəcəyəm", - TASS agentliyi Paşinyanın sözlərini iqtibas edib.

Paşinyan bu açıqlamanı bazar günü Ermənistanın Armavir vilayətində yerli sakinlərlə görüşü zamanı verib.Ermənistan müxalifəti noyabrın 10-da Rusiyanın iştirakı ilə Dağlıq Qarabağda atəşkəs haqqında saziş imzalandıqdan sonra Baş nazirin istefasını tələb edir.

Koçaryanın ittiham olunduğu cinayət maddəsi konstitusiyaya zidd hesab olunub

Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın ittiham olunduğu Respublika Cinayət Məcəlləsinin maddəsini antikonstitusion olduğu barədə qərar çıxarıb. Bunu Konstitusiya Məhkəməsinin rəhbəri Arman Dilanyan bildirib.

"Cinayət Məcəlləsinin 300.1-ci maddəsini Konstitusiyanın 78-ci və 79-cu maddələrinə zidd hesab edilsin. Qərar elan olunduğu andan qüvvəyə minir", - Dilanyan deyib.

Dilanyan həmçinin bildirib ki, qərar qətidir və ona yenidən baxıla bilməz.

Koçaryanın vəkili dəqiqləşdirib ki, qərar rəsmi dərc edildikdən üç gün sonra qüvvəyə minəcək, TASS xəbər verib.

Azərbaycanda 526401 nəfər Covid-19-a qarşı vaksinasiya olunub

Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 18772 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 27-də yaydığı məlumatına əsasən, hazırkı dövrədək Azərbaycanda koronavirus infeksiyasına qarşı 526401 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya çərçivəsində görülən tədbirlər Azərbaycanın bütün rayonlarında davam etdirilir, məlumatda qeyd olunub.

Rusiya hərbiyyəsi Qarabağda Təzəbinə kəndinə humanitar yardım çatdırıb

Rusiyanın Qarabağdakı hərbi kontingentinin qulluqçuları Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən verilən humanitar yardımı Qarabağın Əsgəran rayonunun Təzəbinə (Noragüh) yaşayış məntəqəsinə çatdırılmasını təmin ediblər.

Rusiya hərbi kontingentinin Humanitar yardım mərkəzinin rəisi İqor Sivakovun sözlərinə görə, " humanitar aksiyanın keçirilməsi ilə bağlı məsələlər hələ yanvar ayında Noragüh yaşayış məntəqəsinin administrasiyası ilə hələ yanvar ayında razılaşdırılıb".

"Dağlıq Qarabağ sakinləri ən qısa zamanda üçün əlverişli yaşayış və iş şəraitini təmin etmək məqsədi ilə bu cür aksiyalar gələcəkdə digər yaşayış məntəqələrində də keçiriləcək."

Humanitar aksiya zamanı "Rus Humanitar Missiyası" qeyri-kommersiya təşkilatı və "Doktor Liza" və "Yaxşılıq üçün tələsin" xeyriyyə fondları adından Noragüh sakinlərinə qatlanan çarpayılar, yorğanlar, yastıqlar, yemək bişirmək üçün qaz plitələri və digər əmlak çatdırılıb.

Kəndin tibb məntəqəsinə ilkin tibbi yardım üçün tələb olunan diaqnostika avadanlığı verilib, o cümlədən, qan təzyiqi və nəbz ölçən cihazlar, qlükometr, termometrlər və digər avadanlıqlar.

Bir neçə gün əvvəl Xankəndinə keçirilən humanitar aksiya zamanı Rusiya hərbçiləri şəhər tibb mərkəzinə 50-dən çox adda tibbi avadanlıq, habelə Qriboyedov adına 3 saylı orta məktəbin şagirdlərinə 350-dən çox kitab və dərslik verilib

Myanmada gün ərzinə 100-ə yaxın etirazçı öldürülüb

Şənbə günü Myanmada hərbi çevrilişə etiraz edənlərin aksiyasının hərbçilər tərəfindən dağıdılması zamanı azı 91 nəfər ölüb.

Bazar günü ölənlərin dəfn mərasimi keçirilir.

Myanmada 1 fevral çevrilişindən sonra güc strukturları tərəfindən etirazların yatırılması zamanı ölənlərin sayı 400-dən çoxdur.

Bazar günü ABŞ, Britaniya, Yaponiya və digər ölkələr daxil, 12 ölkənin müdafiə nazirləri Myanmada ordunun zorakı hərəkətlərini pisləyən birgə bəyanat yayıblar.

ABŞ qətllərdən "dəhşətə gəldiyini" bildirib.

ABŞ Dövlət katibi Anthony Blinken, BMT-nin Baş katibi Antonio Guterres, Britaniyanın Xarici İşlər Naziri Dominic Raab Myanmada şənbə günü baş verən qanlı hadisələrə görə Myanma hərbiyyəsinin hərəkətlərini pisləyiblər.

BMT-nin Xüsusi Məruzəçisi Tom Andrews bu məsələ ilə bağlı BMT-nin təcili iclasını çağırmağı təklif edib. Çin və Rusiya Myanmanı tənqid edənlərə qoşulmayıblar.