Bəxtiyar Hacıyev və Nərmin Şahmarzadə kiberhücumlarda Azərbaycan hakimiyyətini günahlandırırlar

Video açılmırsa, YouTube-dan izləyin.

Fəallar Bəxtiyar Hacıyev və Nərmin Şahmarzadə onlara qarşı olan kiberhücumlarla bağlı Azərbaycan hakimiyyətini və hüququ mühafizə orqanlarını gühanlandırırlar.

Martın 8-də feministlərin Bakının mərkəzində keçirilən aksiyasının təşkilatçılarından biri olan Nərmin Şahmarzadənin Facebook profili ələ keçirilib və ona aid şəxsi görüntülər və yazışmalar yayılıb.

Belə yazışmalardan biri də ictimai fəal Bəxtiyar Hacıyevlə söhbətdir.

Həm Nərmin Şahmarzadə, həm də Bəxtiyar Hacıyev bu yazışmanın saxta olduğunu bildirirlər.

Onlar məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin araşdırmanın aparılmasından narazıdırlar.

Məsələ ilə bağlı Prezident Aparatından şərh almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti kiber hücumların onların qurumları tərəfindən həyata keçirilməsilə bağlı iddiaları əsassız və cəfəng adlandırır. Qurumlar bildirir ki, daxil olunmuş müraciətlərlə bağlı araşdırma aparılır.