Azərbaycanda benzinin qiymətinin qalxması ərzaqları bahalaşdıracaqmı?

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa YouTube-dan izləyin.

Azərbaycanda yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Tarif Şurasının 4 yanvar gecə yarısı verilmiş qərarı ilə 92 markalı benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.

Qurum qiymət artımını 2022-ci ildə Azərbaycanda istifadəyə veriləcək yeni zavodda yüksək keyfiyyətli yanacaq istehsal ediləcəyi ilə əsaslandırıb.

Qiymət artımını tənqid edən mütəxəssilər bildirir ki, hələ yüksək keyfiyyətli benzin və dizel istehsal edilməmiş onun xərcinin indidən istehlahçılardan çıxılması məntiqsiz qərardır.

İqtisadi məsələlər üzrə şərhçi Samir Əliyev hesab edir ki, benzin və dizelin qiymətindəki artım hələ son deyil.

Onun sözlərinə görə, bu ilin sonu və ya növbəti il ərzində də 92 markalı benzin və dizelin qiymətinin qaxmasını proqnozlaşdırır.

Samir Əliyev deyib ki, Tarif Şurası yanacağın keyfiyyətinin artırılmasını əsas gətirərək qiymət artımını həyata keçirib. Amma bu artan qiymət hələ ki, gələcəkdə istehsal olunacaq daha yüksək keyfiyyətli yanacağın istehsalına uyğun qiymət deyil. Ona görə də 2022-ci ilədə yüksək keyfiyyətli yanacaq istehsal edən zavod fəaliyyətə başlayana kimi qiymətin yenidən artması gözləniləndir.

Mütəxəssis hesab edir ki, Aİ-92 markalı benzininin və dizel yanacağının bahalaşması kənd təsərrüfatı məhsullarının, taksi xidmətinin, daşınma xidmətinin də qiymətlərində bahalaşma ilə müşayət olunacaq.

Ancaq qeyri-ərzaq məhsullarında qiymət artımı gözlənilmir.

Tarif Şurası elan edib ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.

Tarif Şurası bildirib ki, qiymət artımından dövlət büdcəsinə daxil olacaq əlavə vəsait sosialyönümlü tədbirlər gönləndiriləcək.

meyvə qida

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images