Ermənistan: Yerevanda etirazlar və polisə itaətsizlik günü - video
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 1
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Çərşənbə axşamı günü Ermənistanda parlamentdə təmsil olunmayan siyasi qüvvələr itaətsizlik aksiyalarına başlayıblar.
Ermənistan mətbuatının məlumatına görə, paytaxt Yerevanda bəzi etirazçılar şəhərdaxili yolları bağlayaraq Nikol Paşinyanı istefaya səsləyiblər.
Müxalif siyasi qüvvələrin təşkil etdiyi itaətsizlik aksiyaları, daha əvvəl elan edildiyi kimi, saat 17-də başa çatıb.
Aksiya iştirakçıları "Nikol - satqın! Nikolsuz Ertmənistan!" çağırışları ilə paytaxt Yerevanın küçələri ilə yürüş keçirib. Onlar nəqliyyatın hərəkətinə maneə olaraq, qəsdən svetoforun qırmızı işığı yanarkən yolun sağ-sol tərəflərinə keçirdilər.
Aksiya fəalları arasında tutulub polisə aparılanlar var.

Noyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya ilə Dağlıq Qarabağda atəşkəs haqqında razılaşma sənədi imzalandıqdan bəri paytaxt Yerevanda etiraz aksiyaları başlayıb.
Etirazları təşkil edən 16 siyasi partiya Ermənistan Baş naziri Nikol Paşinyana istefaya çıxmaq üçün dekabrın 8-i saat 12:00-a kimi vaxt vermişdi.
Müxalifət bu müddət bitdikdən sonra Nikol Paşinyan istefa verməsini elan etməzsə, paytaxtda və respublikanın başqa bölgələrində yolları bağlayıb nəqliyyatın hərəkətini dayandırmaq və digər itaətsizlik aksiyaları başlamaqla hədələyib.
Nikol Paşinyan o vaxtdan bəri istefa çağırışları barədə şərh verməyib və öz vəzifəsini icra etməkdə davam edir.
Nikol Paşinyana müxalifət tərəfindən verilən möhlət bitdikdən sonra Daşnaksutyun Erməni İnqilabi Federasiyası Ali Orqanının üzvü İşxan Sağatelyan öz Facebook səhifəsindən vətəndaşları itaətsizlik aksiyalarına başlamağa çağırıb.
"Bu andan saat 17:00-a kimi Ermənistan Respublikası vətəndaşları öz narazılığını və tələblərini hakimiyyətə çatdırmaq üçün dinc itaətsizlik aksiyaları keçirmək legitim hüququna malikdirlər", - İşxan Sağatelyan deyib.
O, vətəndaşları qanun çərçivəsində hərəkət etməyə və provokasiyalara uymamağa, hüquq-mühafizə orqanlarını vətəndaşların yürüş və etiraz aksiya keçirmək hüquqlarını təmin etməyə, "Nikol Paşinyanın qeyri-qanuni əmrlərini yerinə yetirməməyə, insanlara qarşı güc tətbiq etməməyə" çağırıb.
Müxalifət nümayəndəsi Baş nazir Nikol Paşinyana müraciət edərək, onun onsuz da vəzifəsini tərk edəcəyini bildirirb.
"Nikol, sarsıntısız get. Heç olmasa bu dəfə xalqı, dövləti və dövlətçiliyi qoru. Sənin gedişin xalqımız və dövlətimiz üçün həyati zəruriyyətdir", - cənab Sağatelyan deyib.
Öz növbəsində Ermənistan Polisi daha əvvəl bəyanatla çıxış edərək, müxalifəti "ictimai asayişi poza biləcək hərəkətlərdən çəkinməyə" çağırıb.
Polis vətəndaşların azad fikir söyləmək və kütləvi tədbirlər keçirmək hüquqlarına hörmət etdiyini və heç kəsin bu azadlıqları məhdudlaşdırmağa ixtiyarı olmadığını bildirib.
Lakin eyni zamanda "nəqliyyat hərəkətini iflic edərək ictimai asayişi pozanları" xəbərdar edib ki, "hamının qanun qarşısında bərabərliyini təmin etmək üçün öz funksiyalarını" icra edəcək.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 2
Video açılmırsa, YouTube-da izləyin
Ermənistan paytaxtı Yerevanda keçirilən etirazlarda Baş Nazir Nikol Paşinyana istefa üçün bir neçə gün vaxt verilmişdi.
Nikol Paşinyanın bu çağırışlara şərhi bəlli olmasa da, o, müxalifətin əvvəlki istefa çağrışlarını rədd edib.
Şənbə günü Yerevan küçələrində yürüş kimi başlayan aksiya daha sonra Hökumət evinin qarşısında izdihamlı mitinqə çevrilib.
Noyabrın 10-da Ermənistan Baş Naziri Nikol Paşinyan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla atəşkəs razılaşması əldə edəndən sonra Yerevanda onun və hökumətinin istefasını tələb edən etirazlar başlayıb.








