Xudayar Yusifzadənin anası: "Mən onu atasız saxlasam da, məndən çox vətəni sevdi"
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmasa Youtubedan izləyin.
22 yaşlı bu əsgər döyüşlərin ortasında oxuduğu bu mahnı ilə Azərbaycanda tanındı. Onun isə artıq bundan xəbəri yox idi.
Xudayar Yusifzadə 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsində Zəngilan uğrunda döyüşlərin birində həlak olub.
Xudayarın Anası Radə Qurbanova deyir ki, onun ata-baba yurdu Ağdam 27 il idi işğal altındaydı və onun vətən həsrəti o biri uşaqları kimi Xudayara da sirayət etmişdi.






