You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda Müstəqillik Günü qeyd olunur - arxivdən fotolar
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur.
106 il əvvəl Şərqdə ilk demokratik respublika Azərbaycanda yaranıb.
Azərbaycan Demokratik Respublikasının yaradılması 1918-ci il mayın 28-də Tbilisidə Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Cəmi 23 ay davam edən ADR 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.
BBC Azərbaycanca həmin dövrün siyasi xadimlərinin və hadisələrin arxiv fotolarını təqdim edir.