Karantində aztəminatlı ailələrə yardım edənlər: "Bizi gözləyənlər var"
- Müəllif, Günel Səfərova
- Vəzifə, BBC News Azərbaycanca
Video açılmırsa, YouTube-da izləyin.
Azərbaycanda koronavirusa görə xüsusi karantin rejimi elan edilib.
Bu rejimdə əksəriyyət iş yerləri bağlandığı üçün bir çox ailə gəlirsiz qalıb.
Amma bu müddətdə bir çox şəxslər də aztəminatlı ailələrə könüllü yardım kampaniyalarına başlayıb.
BBC News Azərbaycanca onların bəzilərilə söhbətləşib.






