Bu gündən küçəyə çıxmaq qadağandır. Mən nə etməliyəm?

Şəklin mənbəyi, Getty Images
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu gündən küçəyə çıxmaq qadağası tətbiq olunur.
Bu, təxminən 20 gün, aprelin 20-dək qüvvədə olacaq.
Vətəndaşlar yalnız müəyyən hallarda - təxirəsalınmaz tibbi yardım, həyat və sağlamlığa təhlükəli vəziyyət yarandıqda, zibil atmaq, eləcə də icazə verilmiş işlərdə çalışmaq üçün küçəyə çıxa bilərlər.
Bundan başqa, fəaliyyətinə icazə verilmiş təşkilatlarda çalışanlara xidməti vəzifələrini icra etmək məqsədi ilə çölə çıxmağa qadağa yoxdur.
Nazirlər Kabineti fərdi taksi sürücüləri və dayələr, ev təmizləyənlər və digər günəmuzd işləyənlərin bu müddət ərzində dolanışığının təminatına yardımla bağlı əlavə məlumat veriləcəyini bildirib.
Xüsusi karantin rejiminə nəzarəti polis və Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə həyata keçirir.
Hazırda Azərbaycanda 243 nəfər koronavirus xəstəsi var. İndiyədək 4 nəfər koronavirusdan ölüb, 26 nəfərin isə sağaldığı deyilir.



Şəklin mənbəyi, Getty Images
Kimlərin işləməsi qadağandır?
Əgər siz bu sahələrdə fəaliyyət göstərirsinizsə, sizin evdə qalmalısınız.:
- Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);
- İstirahət və əyləncə məkanları üzrə xidmətlər;
- Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;
- Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);
- Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;
- Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
- Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
- Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);
- İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
- Fərdi mənzillərdə təmizlik xidmətləri;
- Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).

Şəklin mənbəyi, Getty İmages
Kimlər işləyə bilər?
Yox əgər, bu sahələrdə çalışırsınızsa, sizin işləməyinizə qadağa yoxdur.:
- Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.
- Səhiyyə və sosial sahəsi üzrə çalışanlar (Elmi-tədqiqat və laborator xidmətləri, xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər, •baytarlıq xidmətləri, tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı, sosial xidmətlər, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti)
- İnfrastruktur sahəsi üzrə çalışanlar (Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması), elektrik enerjisinin istehsalı və təchizatı, su təchizatı və meliorasiya, telekommunikasiya və rabitə xidmətləri)
- Nəqliyyat və logistika sahəsi üzrə çalışanlar (Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları, dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri, logistika xidmətləri, ictimai nəqliyyat və taksi xidmətləri)
- Əsas istehsalat növlərində çalışlanlar (Müdafiə sənayesi məhsullarının istehsalı, neft avadanlıqları və qurğularının istehsalı, qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı, gündəlik baxım və gigiyena vasitələrinin istehsalı, kimyəvi məhsulların istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti, əkinçilik və məhsul yığımı, neft və qazın hasilatı, emalı, saxlanması və satışı, neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi, metallurgiya sənayesi üzrə fəaliyyət, tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri, mühəndislik və layihələndirmə xidmətləri, mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri, qablaşdırma məhsullarının istehsalı, daş, metal və taxta məhsullarının istehsalı, mebel istehsalı və təmiri, diri heyvanların kəsimi)
- Pərakəndə və topdan satış üzrə çalışanlar (Ərzaq məhsullarının satış məntəqələri, apteklər, yanacaqdoldurma məntəqələri, zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri, tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri)
- Məişət xidmətləri üzrə çalışanlar (Məişət tullantılarının yığılması və utilizasiyası, poçt xidmətləri, kimyəvi təmizləm, mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi, avtomobillərin təmiri, avtomobil yuyulma məntəqələri, tərcümə xidmətləri, heyvan sığınacaqları, dizayn xidmətləri)
- 8.Kütləvi informasiya vasitələri
- 9.Maliyyə təşkilatları üzrə çalışanlar (Banklar və valyuta mübadiləsi məntəqələri, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar)
- 10.Xüsusi xidmət növləri üzrə çalışanlar (Çatdırılma xidmətləri, məişət avadanlıqlarının təmiri, dezinfeksiya xidmətləri)










