Bakı sakini: "Deyirlər, dollar bahalanacaq"

    • Müəllif, Günel Səfərova & Cəmilə İbrahimova
    • Vəzifə, BBC News Azərbaycanca
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Dünya bazarında Azərbaycan neftinin kəskin ucuzlaşmasından sonra bütün diqqət ölkədə manatın məzənnəsinə yönəlib.

Bəzi mütəxəssislər Azərbaycanda milli valyutanın dəyərsizləşəcəyindən narahatdırlar.

Neftin dünya bazarında ucuzlaşması Azərbaycanda qeyri-iş gününə təsadüf etdiyindən əhalinin banklara axışması daha çox növbəti günə təsadüf edib.

İqtisadi təhlilçilər deyir ki, narahatlıq üçün əsas var. Amma onlar onu da bildirir ki, manata təzyiqin artması "mütləq devalvasiya olacağının göstəricisi deyil".

Azərbaycan hökuməti bildirib ki, valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə "zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var".

Mərkəzi Bank BBC News Azərbaycancanın bankların dolların satışının dayandırılması və məhdudiyyət tətbiq etməsi ilə bağlı suallarına cavab verməyib.

Azərbaycanda dollar manat