Azərbaycanda Novruz şənlikləri ləğv olunur, toyların təxirə salınması tövsiyə edilir

Novruz

Şəklin mənbəyi, AZERTAG

Bu ay Azərbaycanda ənənəvi Novruz şənlikləri keçirilməyəcək.

Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir.

Bu il Azərbaycanda Novruz bayramı martın 20, 21, 22, 23, 24-ü günlərinə təsadüf edir.

"Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib", - rəsmi məlumatda deyilib.

Nazirlər Kabinetinin operativ qərargahı qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.

koronavirus
xətt

Operativ qərargah bu məqsədlə ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırır.

Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

Operativ qərargah bir daha vətəndaşları adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırıb.

Bu arada Dövlət Gömrük Komitəsi xəbər verib ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturları və idarələri martın 23-dən etibarən 7/24 gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək