İlham Əliyev Davos İqtisadi Forumunda
Video açılmırsa, YouTube-da izləyin.
Azərbaycan prezidenti 50-ci Dünya İqtisadi Forumuna görə İsveçrə Alplarında yerləşən Davos şəhərindədir.
Ayın 21-də başlayan tədbirə İlham Əliyev bir gün əvvəl gedib və çoxsaylı şirkət rəhbərləri, müxtəlif ölkələrin prezident və hökumət başçıları, nazirləri ilə görüşlər keçirib.
O, bu foruma qatılmış 53 dövlət və hökumət başçısından biridir. Ümumilikdə, Davos forumunda 118 ölkədən 2800 nəfər iştirak edir.
Dövlət və hökumət başçılarından başqa, fəallar, akademiklər, şirkət rəhbərləri və digər tanınmışların qoşulduğu bu forum onlar üçün həm də iki tərəfli müzakirələr aparmaq məkanıdır.





