Buta Airways-in sərnişinləri İstanbul aeroportuna qaytarılıblar

Təyyarələr

Şəklin mənbəyi, azal.az

İstanbulun Sabiha Gökçen aeroportunda baş verən insidentə görə, İstanbul əvəzinə Ankarada enməli olan Buta Airways şirkətinə məxsus təyyarə yenidən İstanbul aeroportuna yola düşüb.

Bu barədə BBC News Azərbaycancaya Buta Airways şirkətinin nümayəndəsi bildirib.

"Son məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 14:00-da Ankaradan İstanbulun yeni aeroportuna yola düşüb", - Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər avtobusla İstanbul aeroportuna çatdırılıblar.

Türkiyə Hava Yollarının məlumatına görə, çərşənbə axşamı günü Birləşmiş Ərəb Əmirliklərindən İstanbulun Sabiha Gökçen aeroportuna gələn Boeing 737-800 təyyarəsi uçuş-enmə zolağından kənara çıxmışdı.

Məlumata əsasən, Pegasus şirkətinə məxsus təyyarədə olan 164 sərnişin arasında zərər çəkən olmayıb.

Hadisə ilə bağlı İstanbulun Sabina Gökçen aeroportu müvəqqəti olaraq uçuşları təxirə salıb.