ABŞ qüvvələri İran generalı Qasım Süleymanini öldürüb

Şəklin mənbəyi, AFP
İranın ən qüdrətli hərbi komandirlərindən biri, general Qasım Süleymani İraqdakı ABŞ qüvvələri tərəfindən həyata keçirilən hava həmləsi nəticəsində həlak olub.
62 yaşlı gerenal İranın Qüds Qüvvələrinin başçısı olaraq Yaxın Şərqdə ölkəsinin hərbi əməliyyatlarına başçılıq edirdi.
İran hücumun cavabsız qalmayacağını bildirib. Ölkədə 3 günlük matəm elan olunub.
Pentaqon bildirib ki, general amerikalılara hücum planlaşdırdığı üçün ABŞ prezidenti hava həmləsinin həyata keçirilməsi əmrini verib.

