Türkiyə Suriya müdaxiləsi: ABŞ türkiyəli nazirlərə sanksiya tətbiq etdi

ABŞ Türkiyəyə sanksiya tətbiq etdi

Şəklin mənbəyi, China News Service/Getty Images

Amerika Birləşmiş Ştatları Türkiyənin Suriyaya hərbi müdaxiləsinə görə bu ölkənin iki nazirliyinə və üç yüksək rütbəli dövlət rəsmisinə sanksiya tətbiq edib.

ABŞ prezidenti Donald Trump, həmçinin öz türkiyəli həmkarı Recep Tayyip Erdoğana zəng edərək dərhal anlaşmaya getməyi tələb edib, ABŞ-ın vitse-prezidenti Mike Pence bildirib.

Cənab Pence deyib ki, "o, mümkün olduğu qədər tezliklə regiona səfər etmək istəyir".

Suriya ordusu bir qədər əvvəl Suriyanın şimal-şərqinə girib. Bu, Türkiyə qüvvələri ilə qarşılaşmaya gətirib çıxara bilər.

Suriya ordusunun yerləşdirilməsi ötən həftəyə qədər ABŞ-ın müttəfiqi sayılan kürdlərin nəzarətindəki qüvvələrlə olan anlaşmaya əsasən həyata keçirilib.

Türkiyə tərəfi bəyan edib ki, onun Suriyanın şimal-şərqinə müdaxilə məqsədi kürd qüvvələrini sərhəddən uzaqlaşdırmaq və Ankara hökumətinin "təhlükəsiz bölgə" kimi təsvir etdiyi ərazini yaratmaqdır.

"Təhlükəsiz bölgə" təxminən Suriyaya qədər 30 kilometr ərazini əhatə edir. Türkiyə öz ərazisində yerləşmiş iki milyona qədər Suriya qaçqınını bu əraziyə köçürmək istəyir.

Onların çoxu kürd deyil və tənqidçilər xəbərdarlıq edirlər ki, bu, yerli kürd xalqının etnik təmizləməsi ola bilər.

ABŞ-ın sanksiyası nəyi nəzərdə tutur?

Bazar ertəsi Washingtonda jurnalistlərə müsahibə verən ABŞ maliyyə naziri Steven Mnuchin sanksiyanın "çox güclü" olduğunu və Türkiyə iqtisadiyyatı üzərində ağır təsirləri ola biləcəyini vurğulayıb.

ABŞ Maliyyə Nazirliyi Türkiyənin müdafiə və enerji nazirliklərinə və müdaifə, enerji və daxili işlər nazirlərinə qarşı nəzərdə tutulan bəyanatı nəşr edib.

"Türkiyə hökumətinin fəaliyyəti günahsız mülki insanları təhlükəyə atır, həmçinin regionun sabitliyini pozur, üstəlik, İŞİD-i (İraq Şam İslam Dövləti) məğlub etmək kampaniyasına xələl gətirir", bəyanatda deyilir.

Cənab Mnuchin və vitse-prezident Pence sanksiyaların "Türkiyənin atəşkəsi dərhal elan etməsə, zorakılığı dayandırmasa və Türkiyə ilə Suriya arasındakı sərhəd boyu problemin uzun müddətli həlli razılaşdırılmayana qədər davam edəcəyini və pisləşəcəyini" bildiriblər.

Mike Pence bildirib ki, bunu Türkiyə prezidenti ilə telefon danışığında cənab Trump da təkrarlayıb.

Vitse-prezident təkrar edib ki, ABŞ "Türkiyəyə Suriyaya girmək üçün yaşıl işıq yandırmayıb".

ABŞ daha əvvəl bildirmişdi ki, "Türkiyənin Suriyaya qəbuledilməz müdaxiləsi ələ keçirilmiş bir çox İŞİD döyüşçüsünün azadlığa buraxılmasına səbəb olub.

Bazar ertəsi günü Avropa İttifaqı (Aİ) ölkələri Türkiyəyə silah ixracını dayandırmağı öhdəsinə götürüblər, AB-nin geniş yaydığı silah embarqosunu dayandırıblar.

Buna cavab olaraq Türkiyə, "qanunsuz və qərəzli" münasibətə görə Aİ ilə əməkdaşlığını araşdıracağını söyləyib.

Bəs sözügedən ərazidə nə baş verir?

Suriya dövlət mediası Rusiyanın dəstəklədiyi hökumət qüvvələrinin Türkiyənin "təhlükəsiz bölgə" yaratmaq istədiyi ərazidəki strateji Manbij şəhərinə girdiyini bildirib.

Türk qoşunları və müttəfiq Suriya polisi qəsəbə yaxınlığında toplaşıblar.

Kürdlər tərəfindən idarə olunan qüvvələrlə anlaşma Suriya prezidenti Bəşər Əsədin qoşunlarının 2012-ci ildən bəri ilk dəfə şimal-şərq bölgələrinə qayıdacağına təkan olaraq görülüb. Suriya qüvvələri ərazidən başqa yerlərdəki üsyançılarla döyüşmək üçün çıxmışdı və ərazinin kürd qüvvələrinin nəzarətinə keçməsinə imkan vermişdi.

Özünüidarəetmə cəhdləri ilə razılaşmasa da Bəşər Əsəd xüsusilə kürdlər ABŞ qoşunları ilə birlikdə İŞİD-ə qarşı koalisiya olduğundan onların ələ keçirdiyi ərazini geri almaq istəməmişdi.

İŞİD-lə mübarizədən başqa, kürdlər ABŞ, Rusiya və İranın rəqiblərinin təsirini məhdudlaşdırmaqda vacib rol oynayıb.

Hələlik Suriya qüvvələri Türkiyənin səylərini cəmləşdirdiyi Tal Abyad və Raselayn arasında yerləşdirilməyəcək. Kürd rəhbərliyindəki rəsmilər siyasi baxımdan məsul olduqlarını və bölgədəki nizam-intizamı qoruyacaqlarını israr ediblər.

Cənab Erdoğanın yaxın müttəfiqi olan Rusiya hökuməti Suriyadakı Rusiya və Türkiyə qüvvələrinin toqquşmasından əylənmək istəmədiyini bildirib və Türkiyə rəsmiləri ilə davamlı əlaqədə olduğunu bəyan edib.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, indiyədək 160 minədək mülki əhali öz yaşayış yerini tərk edib, bu rəqəmin artacağı gözlənilir.

Suriyada azı 50 mülki şəxs öldürülüb və 18 nəfər Türkiyə tərəfə keçib. Kürd qüvvələri 56 döyüşçüsünün öldürüldüyünü bildirib, Türkiyə tərəfi isə 4 əsgərinin və 16 Türkiyə tərəfdarı Suriya döyüşçüsünün öldürüldüyünü açıqlayıb.

Ötən həftə ABŞ prezidenti Donald Trump Türkiyə prezidenti ilə telefon danışığından sonra Suriyanın şimal-şərqindəki ABŞ qüvvələrini geri çəkib.

Bu hərəkət Suriyadakı kürd qruplarının elementlərini Türkiyədə 30 ildir kürd muxtariyyəti uğrunda mübarizə aparan, ölkədə fəaliyyəti qadağan edilmiş PKK-nın bir qolu olaraq görən Türkiyənin bu ərazidə əməliyyatına yol açıb.