You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Teymur Rəcəbov Dünya Şahmat Kubokunun finalındadır
Cümə günü azərbaycanlı şahmatçı Teymur Rəcəbov 2019 Dünya Şahmat Kubokunun yarımfinal mərhələsində fransalı rəqibi Maxime Vachier-Lagrave-ı məğlub edərək turnirin finalına keçib.
Onun Rusiyanın Xantı-Mansi şəhərində keçirilən turnirin finaldakı rəqibi çinli Ding Liren olacaq.
Finala yolunda onun məğlub etdiyi şahmatçılar arasında Şəhriyar Məmmədyarov da olub.
Bu mərhələyə çatmaqla Teymur Rəcəbov, həmçinin 2020-ci il Dünya Şahmat İddiaçılar Turnirində 8 yerdən birini əldə edib.
Lakin şahmatçı oyundan sonra peşəkar karyerasını tərk etməyi nəzərdən keçirdiyini deyib.
Yarımfinal oyunundan sonra beynəlxalq şahmat federasiyası (FİDE) ilə müsahibəsində, o rəqibinin erkən səhvindən bəhrələndiyini deyib.
Teymur Rəcəbov rəqibinin səhvinin "bəlkə yorqunluq, bəlkə də həyəcan"ın nəticəsi olduğunu deyib.
O, turnirin çox "yorucu" olduğunu və yarımfinal oyunun ilkin klassik mərhələdə bitirməyin daha yaxşı olduğu fikrini irəli sürüb.
Turnirdə iki klassik şahmat oyunundan sonra qalib olmadığı halda, şahmatçılar Rapid və Blitz (sürətli şahmat) oyunları oynayırlar.
Erkən qələbə ilə "özünə əzab verməyə ehtiyac" olmadığını qeyd edərək, o bu cür oyunların psixoloji baxımdan "çox çətin" olduğunu vurğulayıb.
Teymur Rəcəbov həmçinin son bir neçə ildə şahmatı tərk etməyi ciddi şəkildə nəzərdən keçirdiyini etiraf edib.
"Yaxşı oynayanda insanda illyuziya yaranır ki, bu həmişə səninlə olacaq. Sonra qəflətən çoxlu məğlubiyyətlərin olur və insan özünün kim olduğunu anlayır", o deyib.
Turnirdəki oyunlarının maraqlı olduğunu və nailiyyətləri ilə şad olduğunu deməyinə baxmayaraq, o, İddiaçılar Turnirində oynayıb-oymayacağı barədə qərar vermədiyini deyib.
"Mən hələ İddiaçılar [Turnirində] oynayıb-oynamayacağımı bilmirəm. Amma burada yer almaq və yaxşı bir şənliyə dəvət almaq həmişə yaxşıdır", o əlavə edib.
Dünya çempionluğu uğrunda mübarizədə iki azərbaycanlı şahmatçı ola bilərmi?
Bundan əvvəl Teymur Rəcəbov ən yüksək reytinqinə 2973 balla 2012-ci ilin oktyabr ayında çatmışdı. Sonraki illərdə onun reytingi ən aşağı səviyyədə 2696 bala enmişdi. Lakin bu il Teymur Rəcəbov turnirlərdə daha fəal iştirak edib və Dünya Şahmat Kubokunda final mərhələsinə çatmaqla o, Dünya Şahmat İddiaçılar Turnirində iştirak etmək hüququnu qazanıb.
Hər iki ildən bir təşkil olunan bu turnirdə qalib olan şahmatçı dünya çempionluğu üçün hazırki dünya çempionu, norveçli Magnus Carlsen-lə oynamaq hüququnu qazanır.
2018-ci ildə başqa azərbaycanlı qroysmester Şəhriyar Məmmədov bu turnirdə ikinci yeri əldə etmişdi.
O, bu ilki Dünya Şahmat Kubokunda Teymur Rəcəbov tərəfindən məğlub edilib, lakin onun hələ də İddiaçılar Türnirində iştirak etməyə yaxşı imkanı var.
İddiaçılar Turnirindəki 8 yerlərdən ikisi, 2019 FIDE Qran Prisində 1-ci və 2-ci yerləri tutan şahmatçılar üçün təyin olunub. Şəhriyar Məmmədyarov hazırda dörd ayrı turnirdən ibarət olan qran pridə birinci yerdədir.
Son iki turnir bu ilin noyabr və dekabr aylarında baş tutacaq.