Formula 1 yarışları haqqında bunları bilməlisiniz

Şəklin mənbəyi, Getty Images
Bakıda cümə günü başlayan Formula 1-də açılış məşq yarışında Red Bull komandasından Sergio Perez ən yaxşı vaxt göstərib. Onun ardınca Ferrari komandasının pilotu Charles Leclerc gəlir. Üçüncü nəticəni Max Verstappen (Red Bull) göstərib.
Yarışçılar 6 kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trekdə mübarizə aparırlar.
BBC News Azərbaycanca yarışlarla bağlı sizə maraqlı ola biləcək sualları bir araya gətirib.
XALLAR
Formula 1 yarışlarında xallar
1-ci yer - 25 xal 6-cı yer - 8 xal
2-ci yer - 18 xal 7-ci yer - 6 xal
3-cü yer - 15 xal 8-ci yer - 4 xal
4-cü yer - 12 xal 9-cu yer - 2 xal
5-ci yer - 10 xal 10-cu yer - 1 xal
Hər yarışın qalibi 25 xal qazanır. 10-cu yeri alan isə 1 xal alır.
Yarışlar həftəsonu keçirilir və 3 məşq yarışından, kvalifikasiya yarışından və yarışın özündən ibarətdir.
MƏRHƏLƏLƏR
Cümə günü - İki 60 dəqiqəlik məşq yarışı
Şənbə günü - Bir 60 dəqiqəlik məşq yarışı; bir 60 dəqiqəlik kvalifikasiya yarışı
Bazar günü - Bir final yarış
Kvalifikasiyanın 3 mərhələsi olur:
Q1 - sürücülərə 18 dəqiqə vaxt verilir ki, bir dövrəni ən qısa bir zamanda etsinlər. Raundun sonunda ən sürətsiz 5 maşın yarışdan çıxarılır və yarışı axırıncı 5 yerdə başlayacaq
Q2 - qalan sürücülərə 15 dəqiqə vaxt verilir, onlardan sonuncu 5 maşın yarışdan çıxarılır və yarışı 11-15 yerlərdə başlayacaq
Q3 - Kvalifikasiya raundunun son mərhələsində maşınlar 12 dəqiqə ərzində halqanı dövriyyə edir və qalan start yerləri müəyyən olunur.
Yarışın özü 2 saatdan çox ola bilməz - amma "qırmızı bayraq" olsa, yəni yarış dayandırılsa, 3 saatdan çox davam edə bilməz.
BAYRAQLAR
Sürücülərə mühüm mesajları çatdırmaq üçün bayraqlardan istifadə olunur.

Şəklin mənbəyi, Getty Images
Sarı bayraq: Yavaşla, ötüb keçmə
Yaşıl bayraq: Trek açıqdır
Qırmızı bayraq: Yarış dayandırılır
Göy bayraq: Daha sürətli maşın ötüb keçmək istəyir
Damalı bayraq: Yarış bitib
Qara bayraq və maşının nömrəsi: Yerinə qayıt/ diskvalifikasiya
KOMANDALAR VƏ SÜRÜCÜLƏR
2022-ci ildə keçirilən F1 yarışlarında 10 komanda iştirak edir. Hər komandada iki sürücü yarıışır.
Onlar fərdi olaraq sürücülərin çempionatında iştirak edir, ümumi xallar isə konstruktorların çempionatı üçün komandalara görə hesablanır.
Mövsümün sonunda ən çox xal qazanan sürücü və komanda dünya çempionu olur.

Şəklin mənbəyi, Getty Images
Yarışlarda daha iki keçmiş çempion iştirak edir: Sebastian Vettel (2010, 2011, 2012 və 2013 qalibi) və Kimi Raikkonen (2007 qalibi)
Ötən il çempion sürücü Max Verstappen, çempion konstruktor Mercedes olub. Bu komanda ötən il 21 yarışdan 11-də qalib gəlmişdi.
TARİX
Formula 1 Dünya Çempionatı 1950-ci ildə başlayıb.
İlk çempion 44 yaşlı Giuseppe Farina olub, konstruktorlar arasında isə ilk çempion 1958-ci ildə seçilib - Vanwall.
Hazırda ən çox qalib gələn sürücü Lewis Hamiltondu. O, 103 yarışı qazanıb, və 7 dəfə çempion olub.
Michael Schumacherdə 7 dəfə çempion olub. Amma o, cəmi 91 yarışda qalib gəlib.










