You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev kimdir?
Elçin Babayev Bakı Dövlət Universitetinə yeni rektor təyin edilib.
Bu barədə prezident İlham Əliyev bazar ertəsi günü sərəncam imzalayıb.
Elçin Babayev bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb.
Bakı Dövlət Universitetinin əvvəlki rəhbəri Abel Məhərrəmov 2018-ci ilin noyabrında prezidentin sərəncamı ilə rektor vəzifəsindən çıxarılmışdı.
Elçin Babayev kimdir?
O, 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib.
Elçin Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.
O, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər direktor müavini, ŞAR "Günəş və Günəş-Yer əlaqələrinin fizikası" şöbəsinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini, AMEA "Azərbaycan Astronomiya Jurnalı"nın Baş redaktor müavini vəzifələrində çalışıb.
Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb - "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedoqoji fəaliyyətlə məşğul olub.