You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bakının yeni icra başçısı Eldar Əzizov kimdir?
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısı təyin olunub. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Eldar Əzizov 1957-ci ildə Bakıda anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
O, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin (2015-2018), Sumqayıt Şəhər İcra Hakimiyyətinin (2011-2015), Gəncə Şəhər İcra Hakimiyyətinin (2003-2011), Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.
1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.
1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.
1980-ci ildə "Şərəf nişanı", 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir.
Eldar Əzizov 2018-ci il iyulun 16-da Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.