Bibiheybətdə sürüşmə: "Bu uçsa evim torpağın altında qalacaq"
Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yolun piyada səkisinin bir hissəsi çöküb.
Azəravtoyol ASC-dən deyirlər ki, buna səbəb yağış suları olub.
Qurum deyir ki, yolun bərpa olunması üçün addımlar atılacaq.
Oktyabrın 17-də yağan yağış Bibiheybət yolunda da problem yaradıb istinad divarının bir hissəsi uçub.
Evi yol kənarında yerləşən Eldar Ağayev kanalizasiya sularının evinin altından keçdiyini və evə zərər verdiyini deyir.
Azərsu ASC və Səbail rayon İcra Hakimiyyəti məsələ ilə bağlı şərh verməyib.



