You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Müstəqillik Günü: Türkiyə Azərbaycanı Twitter-də təbrik edir
Twitter-in Türkiyəli istifadəçiləri Azərbaycanı Müstəqillik Günü münasibətilə Twitter-də təbrik edirlər.
#azerbaycan və #ikidevlettekmillet həştəqləri Twitter-də Türkiyə trendləri arasında ikinci və üçüncü yerlərdədir.
Onur Bayar adlı istifadəçi hər iki ölkənin bayraqları ilə birgə "Biz birik" adlı mesaj paylaşıb.
Digər istifadəçilər də müstəqilliyin 27-ci ili münasibətilə postlar paylaşıblar.
Türkiyənin Beşiktaş futbol komandası "Bir millət, iki dövlət" mesajı ilə təbrik paylaşıb.
Türkiyəli futbol azarkeşləri də təbriklərə qoşulub.
Türkiyənin keçmiş millət vəkili Sinan Oğan "Dost və qardaş Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasının 27-ci ili mübarək olsun!" sözlərini paylaşıb.
Digər millət vəkili Hacı Özkan isə belə yazıb:
Türkiyənin Uşak bələdiyyəsinin sədri Nurullah Cahan "İki bədəndə bir can, Türkiyə, Azərbaycan" deyib.
Fethi Tunç adlı istifadəçi "Qardaş torpağı Azərbaycanı görmədən ölmək istəmirəm. Azərbaycanın müstəqillik günü qutlu olsun. Sağ əli işğal altındakı digər türk torpaqlarının başına" yazıb.
Erdem Aslan adlı istifadəçi təbrikini azərbaycanca edib.
Seda adlı istifadəçi Əbülfəz Elçibəyin sözləri ilə təbrik edib.
Türkiyənin hakim partiyasının Afyon gənclik şöbəsi təbriklərə Azərbaycan himninin sözləri ilə qoşulub.
AKP-nin sədr köməkçisi Jülide Sarıeroğlu da təbrikini #ikidevlettekmillet #Türkiye #Azerbaycan həşteqləri ilə paylaşıb.