You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkiyə: Sosial mediada #incenerede həştəqi
Türkiyədə sosial mediada səslərin yüzdə 30,6 faizini alaraq rəqibi Erdoğana məğlub olan CHP-li Muharrem İncenin dünən axşamdan bəri heç bir açıqlama verməməsi diqqət çəkib.
#incenerede həştəqi ilə bu anlara qədər 57 mindən çox tvit yazılıb.
Muharrem İncenin kameraların önünə keçərək açıqlama vermək yerinə Fox TV-nin jurnalisti İsmail Küçükkayaya Whatsapp-dan mesaj atması bəzilərini qəzəbləndirib.
Küçükkaya İncenin ona göndərdiyi mesajda "yarış ədalətli deyildi, kampanya şərtləri bərabər deyildi, amma Erdoğan qazandı" dediyini bəyan eləmişdi.
İncenin saat 12:00'de CHP Baş Qərargahında açıqlama verəcəyi bildirilir.