Erdoğan: "Pennsylvania-dakı məlunun böyütdüyü osminoqun qollarını kəsdik"

Şəklin mənbəyi, AFP
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul dövlət çevrilişinə cəhdin ikinci ildönümünü anma mərasimləri çərçivəsində keçirdiyi mitinqində deyib ki, "Pennsylvania-dakı məlunun böyütdüyü osminoqun qollarını kəsdik, ən son FETÖ-cü xain cavab verənə qədər mübarizəmizi davam etdirəcəyik".
Anma mərasimləri çərçivəsində minlərlə adam əvvəlki adı Boğaziçi körpüsü olan, sonradan 15 İyul Şəhidlər Körpüsü olaraq dəyişdirilən körpüdə keşik çəkib.
Dövlət çevrilişinə cəhddən sonra 15 iyul Demokratiya və Milli Birlik Günü elan edilib.
Anma mərasimləri Ankara Kızılay Milli Meydanında və İzmir Konak Meydanında da keçirilib.
Bazar gecəsi Türkiyə daxilində 90 min məsciddə dini çağrışlar oxunub.

Şəklin mənbəyi, DHA
Prezident Ərdoğan İstanbulda körpüdə toplanan minlərlə adama xitab etdiyi çıxışında deyib ki, "15 iyul gecəsi küçələrdəki vətəndaşlarımız Şiə, Sünni, Türk, Kürd, Çərkəz ... Hər bir məzhəbdən, hər bir etnik qrupdan, hər kəs burada idi. Sağçısı, solçusu, varlısı, kasıbı, heç bir müxalifət yox idi".
"Silah və bomba səslərinin gecənin qaranlığını dəldiyi o gecə türk milləti cəsarəti, biliyi və mübarizəsiylə bu torpaqlarda Çanaqqala ruhunun, Kuvayi Milliye şüurunun hələ də diri olduğunu göstərmişdir", Recep Tayyip Ərdoğan belə deyib.
Onun sözlərinə görə, "millət FETÖ-nun əliylə Türkiyənin tərbiyə edilməsinə, müstəmləkəçilərin peykinə çevrilməsinə icazə vermir".

Şəklin mənbəyi, AFP
"Dövlət çevrilişinə cəhd dövrünü bir daha açılmamaq şərtiylə bağladıq"
"Ölkə ərazisində bütün terror təşkilatlarına qarşı müvəffəqiyyətlə mübarizə apardıqlarını" izah edən prezident, "Artıq rəhbərlik sistemimizi dəyişdirdik. Yeni rəhbərlik sistemiylə Türkiyənin sıçrayışını həmişə birlikdə görəcəyik. . Bütün bu inkişafla ölkəmizdə artıq, inşallah, dövlət çevrilişinə cəhd dövrünü bir daha açmamaq şərtiylə bağladıq", -deyib.
"Pensilvanya'daki məlunun böyütdüyü osminoqun qollarını kəsdik, bu belə bilinsin",- deyən prezident - "Təşkilatın strukturunu böyük ölçüdə zəifləyib, son FETÖ-cü xain də cavab verənə qədər bu mübarizəni hüquq çərçivəsində davam etdirəcəyik", -əlavə edib.
Demokratiya və Milli Birlik Günü çərçivəsində Ankarada 15 İyul dövlət çevrilişinə cəhd zamanı həlak olanların məzarlarını ziyarət edən Ərdoğan onlar üçün Prezident Sarayındakı Millət məscidində Quran oxuyub.







