Mahmud Məmməd-Quliyev Yerevanda BBC News Azərbaycancaya danışıb

Videonun alt yazısı, Mahmud Məmməd-Quliyev Yerevanda BBC News Azərbaycancaya danışıb

Ermənistan paytaxtında Qara Dəniz Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclası əsnasında təşkilatın sədrliyi növbəti iki il müddətinə Ermənistandan Azərbaycana ötürülüb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri müavini Mahmud Məmməd-Quliyev qapalı müzakirələrdən sonra BBC-nin Ermənistandakı müxbirinə müsahibə verib.

Cənab Məmməd-Quliyev QDİƏT çərçivəsində səmərəli əməkdaşlıq üçün bölgə stabilliyinin vacibliyini qeyd edib.