Avropa Məhkəməsindən Azərbaycan hökumətinə suallar var

Avropa İnsan Haqları məhkəməsi

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Avropa İnsan Haqları məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətinə onlarca şikayətlə bağlı suallar göndərib.

Azərbaycan hökuməti isə bu suallara payıza qədər cavab verəcək, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov BBC Azərbaycancaya deyib.

Avropa Məhkəməsinin hökumətə ünvanladığı şikayətlər arasında NİDA üzvləri Qiyas İbrahimov, Bayram Məmmədov və Elgiz Qəhrəmanın işgəncəyə, qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayəti var.

Qurumun saytında yerləşdirilən məlumatda bir neçə il əvvəl həbs olunmuş Cabbar Savalanlı, Murad Adilov, Sirac Kərimli, Nemət Kərimlinin şikayətləri var.

Azərbaycana köçən və atası ilə oğlu Azərbaycan vətəndaşlığı alan, amma özünə imtina cavabı verilən Gürcüstan vətəndaşı Natela Isayeva Azərbaycana qarşı şikayət verib.

Avropa məhkəməsi Azərbaycan hökumətindən "Nardaran işi" üzrə həbs olunan bəzi şəxslərlə bağlı da cavab gözləyir.

Şikayətlər arasında Ermənsitan vətəndaşlarının da Azərbaycana qarşı iddiaları var.