MSK : İlham Əliyev 86,03 % səs toplayaraq qalib gəlib

Şəklin mənbəyi, AZERTAG
Mərkəzi Seçki Komissiyası ilkin nəticələri elan edib: İlham Əliyev 86,03 % səs çoxluğu ilə qalib gəlib.
Bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.
5641 seçki məntəqəsindən gələn səslərin hamısı hesablanıb.
Digər namizədlər - Araz Əlizadə 1,38 %, Hafiz Hacıyev 1,52 %, Qüdrət Həsənquliyev 3,02 %, Fərəc Quliyev 1,17 %, Sərdar Məmmədov 3,03 %, Razi Nurullayev 0,74 %, Zahid Oruc 3,11 % səs toplayıblar.
Prezident seçkiləri aprelin 11-də, çərşənbə günü keçirilib.
Dünən seçkilər günü BBC Azərbaycanca canlı səhifə yayımlayıb.





