Bizi izlədiyiniz üçün təşəkkür edirik, gecəniz xeyrə!
İlham Əliyev hazırda 86,09 % səs toplayıb - MSK açıqlayıb
Mərkəzi Seçki Komissiyası bu saata qədər hesablanan səsləri açıqlayıb: İlham Əliyev 86,09 % səs çoxluğu ilə irəlidədir.
Digər namizədlər - Araz Əlizadə 1,4 %, Hafiz Hacıyev 1,51 %, Qüdrət Həsənquliyev 3,04 %, Fərəc Quliyev 1,18 %, Sərdar Məmmədov 2,97 %, Razi Nurullayev 0,74 %, Zahid Oruc 3,07 % səs toplayıblar.
Şəklin alt yazısı, BBC
Seçki məntəqəsində üzərlik yandırma mərasimi
14 saylı Xəzər 1-ci seçki məntəqəsində səsvermə günü şən keçib.
Üzərlik yandırılıb, selfie çəkilib, gün isə alqışlarla bitib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Səsvermədə 3 959 553 nəfər iştirak edib
Azərbaycanda bu gün keçirilən prezident seçkilərində seçici fəallığı 74,51 % olub.
5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səsvermədə iştirak edib.
Səsvermə saat 19.00-da səsvermə başa çatıb.
Şəklin alt yazısı, Seçici fəallığı 74,51 % olub
Müşahidə apardığımız məntəqələrdə ilkin nəticələr necədir?
19 saylı Nərimanov birinci seçki dairəsi 23 saylı məntəqədə ümumilikdə 1302 seçici olub.
Məntəqə sədrinin dediyinə görə, qutudan 857 bülleten çıxıb.
Seçicilərin 718-i İlham Əliyevə, 20-si Araz Əlizadəyə, 21-i Hafiz Hacıyevə, 18-i Qüdrət Həsənquliyevə, 10-u Fərəc Quliyevə, 25-i Sərdar Cəlaloğluya, 6-sı Razi Nurullayeva, 39-u Zahid Oruca səs verib.
Bülletenlərin 445-i ləğv olunub.
Məntəqədə bülletenlərin ləğv olunması səslərin hesablanmasından sonra baş verib.
19 saylı Nərimanov birinci seçki dairəsi 24 saylı məntəqədə ümumilikdə 1323 seçici olub.
Məntəqədə seçicilərin 719-u İlham Əliyevə, 47-si Zahid Oruca, 8-i Araz Əlizadəyə, 9-u Hafiz Hacıyevə, 29-u Qüdrət Həsənquliyevə, 6-sı Fərəc Quliyevə, 36-sı Sərdar Cəlaloğluna, 12-si Razi Nurullayevə səs verib.
Bülletenlərdən 455-i ləğv olunub.
Videonun alt yazısı, 19 saylı Nərimanov I-ci seçki dairəsinin 23-24 saylı məntəqələrində bülletenlər sayılır
İlham Əliyev 80%-dən artıq səs toplayıb - Exit pollar
Ən azı 3 exit-pollun nəticəsi açıqlanıb və hər üçünün nəticəsinə görə, İlham Əliyev 80%-dən artıq səs toplayıb.
Birləşmiş Ştatların "Artur Filken¬şteyn və Assosiasiya"
şirkətinin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə prezident
seçkiləri üzrə səsvermə zamanı keçirdiyi sorğunun nəticələrinə görə, İlham Əliyev 85,57 %, Qüdrət Həsənquliyev
2,96 %, Zahid Oruc 2,92 %, Sərdar Cəlaloğlu 2,48 %, Hafiz Hacıyev 1,76 %, Araz
Əlizadə 1,42 %, Fərəc Quliyev 1,52 %, Razi Nurullayev 1,37 % səs toplayıb.
Exit-poll 40 seçki dairəsində keçirilib və sorğuda 14 min
seçici iştirak edib.
Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti
Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə keçirdiyi exit-pollun nəticələri
isə belədir:
İlham Əliyev 86,53 %, Araz Əlizadə 1,21 %, Hafiz Hacıyev
1,73 %, Qüdrət Həsənquliyev 3,1 %, Fərəc Quliyev 1,03 %, Sərdar Məmmədov 2,81
%, Razi Nurullayev 0,67 %, Zahid Oruc 2,92 % səs toplayıblar.
Exit-poll 118 seçki dairəsi üzrə 210 məntəqədə 11 min 495 nəfər
arasında keçirilib.
ELS Müstəqil Araşdırmalar Mərkəzinin 118 seçki dairəsinin
300 seçki məntəqəsində exit-poll keçirib.
Bu exit-poll-da 60 min anketdən istifadə edilib. Sorğunun
ilkin nəticələrinə əsasən, İlham Əliyev 82,71 %, Araz Əlizadə 1,87 %, Hafiz
Hacıyev 2,01 %, Qüdrət Həsənquliyev 4,23 %, Sərdar Cəlaloğlu 3,56 %, Razi
Nurullayev 0,92 %, Zahid Oruc 3,37 %, Fərəc Quliyev 1,33 % səs toplayıb.
Şəklin mənbəyi, Azertag
Şəklin alt yazısı, İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Müvəqqəti qeydiyyatda olan qadın sənədsiz səs verdiyini deyir, məntəqə bunu təkzib edir
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Gənclər yığışıb: Konsertə, ya "qələbə yürüşünə"?
Fəvvarələr meydanına yığışan gənclər konsertə, yoxsa "qələbə yürüşünə" gəliblər?
Videonun alt yazısı, Fəvvarələr meydanına yığışan gənclər, konsertə, yoxsa "qələbə yürüşünə" gəliblər?
Müxbirimiz: "boş bülletenlər ləğv olunmadı, səslər sayıldıqdan sonra ediləcək"
Müxbirimiz Günel Səfərova 19 saylı Nərimanov birinci seçki dairəsi 23 və 24 saylı məntəqələrindədir.
Hazırda məntəqə komissiya üzvləri bülletenləri sayır.
Müxbirimiz deyir ki, boş bülletenlər ləğv edilməyib, boş bülletenlərin səslər sayıldıqdan sonra ləğv ediləcəyi bildirilib.
Şəklin alt yazısı, 19 saylı Nərimanov birinci seçki dairəsi 24 saylı məntəqə
Müxbirimiz: İstifadə olunmuş bülletenlərin qulaqçıqları əvvəldən dəstələnib
Müxbirimiz Səadət Akifqızı deyir ki, 23 saylı Nəsimi-Səbayel seçki dairəsi, 20 saylı məntəqəsində istifadə edilmiş bülletenlərin qulaqçıqlarını öncədən 10-10 dəstələyiblər.
Müxbirimiz: Boş bülletenlər ləğv olunur
Müxbirimiz Səadət Akifqızı 23 saylı Nəsimi-Səbayel seçki dairəsi, 20 saylı məntəqədədir.
"AŞPA nümayəndə heyəti bülletenlərin sıra sayı ilə maraqlanır.
358 boş bülleten qalıb, onlar ləğv olunur."
Səsvermə başa çatıb
Azərbaycanda prezident seçkilərinə səsvermə başa çatıb.Bu gün saat 19:00-da seçki məntəqələrinin qapıları bağlanıb. Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq.
Prezident Administrasiyasının rəhbəri səs verib
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində səs verib, APA yazır.
Şəklin mənbəyi, APA
Əli Kərimli: "Çox təəssüf ki..."
Seçkiləri boykot etməklə seçkilərə qatılmayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli səsvermə günü ilə bağlı tvit paylaşıb.
Milli Şura və Müsavat partiyası da seçkiləri boykot etdiklərini açıqlayıb.
Aktiv və passiv seçki dairələri açıqlanıb
Seçici fəallığının aktiv və passiv olduğu seçki dairələrinin adları məlum olub.
Saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu seçki dairəsi 14 saylı Xəzər seçki dairəsidir.
Bu seçki dairəsidə 51 min 117 seçicidən 40 min 588-i (79.40%) səsvermədə iştirak edib.
Passiv seçki dairəsi isə 30 saylı Suraxanı Birinci Seçki dairəsidir.
Bu seçki dairəsində 37 min 205 seçicidən 19 min 224-ü (51.67%) səsvermədə iştirak edib.
MSK bildirib ki, indiyədək 3 milyon 716 min 135 seçici səs verib
Müşahidə kamerası: Qadın iki əli də dolu kağızla seçki qutusuna yaxınlaşır və...
Mərkəzi Seçki Komissiyasının müşahidə kameraları göstərib ki, Xəzər-Pirallahı 13-cü seçki dairəsinin 16 saylı seçki məntəqəsində çəhrayı uzun jilet geyinən qadın iki əli də dolu kağızla seçki qutusuna yaxınlaşır və hər iki qutuya bülleten atır, sonra jiletinin yaxasını düzəldərək ordan ayrılır.
Videonun alt yazısı, Qadın iki əli də dolu kağızla seçki qutusuna yaxınlaşır və...
Saat 17:00-da seçki fəallığı: 69.93% seçici səs verib
MSK bildirib ki, indiyədək 3 milyon 716 min 135 nəfər səs verib.
Bu, 69.93% seçici deməkdir.
Namizədlər bu seçkiyə nə qədər pul xərcləyib?
Azərbaycanın prezidenti olmaq üçün növbədənkənar seçkiyə qatılanlar arasında seçki kampaniyasını bir qəpik xərcləmədən keçirənlər var.