Ağsu sakinləri: "istirahət sözü bizə gülməli görsənir"

Videonun alt yazısı, Ağsu sakinlərinin istirahəti: "Gedirik evə, gəlirik. Bu böyük istirahətdir də."

BBC Azərbaycanca ilə söhbət edən Ağsu sakinlərinin çoxu istirahət üçün imkanlarının az olduğunu deyirlər.

Onların bəziləri illər öncə istirahətə getdiklərini deyirlər.

Çoxları istirahətə getmək üçün kifayət qədər maddi imkanların olmadığını və ya işdən kənar vaxtın az olduğunu deyirlər.

"Azərbaycan xalqı bir tikə çörək qazanmaq, əldə etmək üçün çabalayır, heç ona da nail ola bilmir. Yəni ki istirahət sözü bizə gülməli görsənir", sakinlərdən biri qeyd edir.

Bəs siz necə istirahət edirsiniz?

Videonu müxbirimiz Günel Səfərova hazırlayıb.