Həbsxanada dustağın intihar etdiyi iddia edilir

həbsxana

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Həbsxanada dustağın intihar etdiyi iddia edilir

Qobustan Qapalı Həbsxanasında cəza çəkən dustağın intihar etidyi iddia edilir.

Baş Prokurorluqdan BBC Azərbaycancaya faktı təsdiqləyərək, bildirilib ki, 36 yaşlı məhkum Elşad Kərimov intihar edib.

Prokurorluq onun özünü asdığını deyir.

Elşad Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Baş Prokurorluq bildirir ki, hazırda Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.