Bakıda veqan olmaq çətindirmi?

Videonun alt yazısı, Bakıda veqan olmaq çətindirmi?

Veqan həyat tərzini seçənlər heç bir heyvan məhsulundan istifadə etmir. Bunlara yumurta, süd məhsulları, bal kimi qidalar daxildir.

BBC Azərbaycancaya danışan veqanlar Bakıdakı restoran və kafelərdə veqan yemək sifariş etdiyi zaman bir çox problemlərlə qarşılaşıb.

Bir ildir veqan həyat tərzini seçən Lamiyə və Ramil hər dəfə restoranlarda işçilərə veqanlıq barədə informasiya verməyə məcbur olduqlarını və bu izahlara baxmayaraq, sifarişlərdə səhv edildiyini deyirlər.

Lamiyə Səfərova bəzi restoranların səhvlər üzərində çalışdığını desə də, Ramil ölkədə veqan sayı az olduğu üçün bu problemlərin hələ də yaşanacağı fikrindədir.