Azərbaycanlı transgender: "Niyə xoşbəxt olmayaq ki?"
23 yaşlı Sebastian (adını dəyişib) təxminən bir aydır ki cinsini dəyişmək üçün hormon qəbuluna başlayıb.
Qadından kişiyə dəyişiklik adlanan bu prosesi Youtube bloqunda paylaşan gənc tez-tez nifrət şərhləri aldığını deyir.
Lakin hər gün baş verən dəyişikliklərə - səsinin qalınlaşması, üzünün tüklənməsi - görə bəzən özü də təəccübləndiyini bildirir.
Gənc hazırda ABŞ-da video oyunları mühəndisliyi üzrə təhsil alır.
Onunla müsahibəni Xanım Cavadova edib.

