Prezidentliyə "Hə", varlı azərbaycanlılar və həftənin digər xəbərləri 5 fotoda
Keçən həftənin ən önəmli hadisələri 5 fotonun diliylə.

Şəklin mənbəyi, OZAN KOSE/ Getty
1. Türkiyənin parlament sistemindən prezidentlik sisteminə keçməsini nəzərdə tutan konstitusiya dəyişikliyi xalq səs verməsi nəticəsində qəbul edilib.
Bu, Türkiyə prezidenti Recep Tayyip Erdoğanı 2029-ci ilə qədər vəzifəsində saxlaya bilər. Referendumun nəticələri Türkiyədə bayram tədbirləri və etiraz nümayişləri ilə qarşılanıb.

Şəklin mənbəyi, Getty Images
2. Forbes jurnalının Rusiyadakı versiyası ölkənin 200 ən varlı biznesmeninin illik reytinq siyahısını dərc edib.
Onların arasında Azərbaycan əsilli milyarderlər - Vahid Ələkbərov, Araz Ağalarov, Qod Nişanov, Fərhad Əhmədov və Fərhad İsmayilovun da adı var.

Şəklin mənbəyi, TOFIK BABAYEV/ Getty
3. Pew Araşdırma Mərkəzinin aprelin 13-də açıqlanmış 2015-ci il üçün "Din Üzərində Qlobal Məhdudiyyətlər" adlı hesabatında, Azərbaycan, dini etiqadların məhdudlaşdırılmasına görə "çox yüksək məhdudiyyətli" ölkələr arasına salınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesabatı "qərəzli münasibətin və ayrı-seçkiliyin göstəricisi" adlandırıb.

Şəklin mənbəyi, ALEXANDER NEMENOV/ Getty
4. Cümə günü Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dindirilməyə çağırılıb.
Onun və digər partiya üzvlərinin dindirilməsi "partiya adından saxta sənədlərin verilməsi və bu yolla insanların mühacirətə göndərilməsi iddiaları"ilə bağlıdır.

Şəklin mənbəyi, Chris Jackson/ Getty
5. Böyük Britaniya şahzadəsi Harry anası şahzadə Diananın ölümünü 20 il boyunca düşünməməyə çalışdığını, 20 yaşına 2 il qalmış "tam xaos" kimi qəbul etdiyi bir vaxtdan sonra kədəriylə üzləşdiyini açıqlayıb.
"Rahatlıqla deyə bilərəm ki, anamı 12 yaşımda itirməm və bütün hisslərimi ötən 20 il ərzində bağlamam sadəcə insan kimi deyil, həm də iş həyatıma da ciddi şəkildə öz təsirini göstərib", o deyib.
- Türkiyə: referendumdan "Hə" çıxdı, bundan sonra nə olacaq?
- Forbes-ın milyarderlər siyahısında 5 azərbaycanlı biznesmenin adı var
- Dövlət Komitəsi: "Pew"nın hesabatı "qərəzli münasibətin və ayrı-seçkiliyin göstəricisidir"
- AXCP sədri və üzvləri istintaq idarəsinə çağırılır
- Şahzadə Harry anasının ölümüylə 20 il sonra üzləşdiyini açıqlayıb




