You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bakı: Milli Şuranın aksiyası başa çatdı
Bakının Yasamal rayonundakı idman kompleksinin ərazisində müxalifətin nümayişi başa çatıb.
Milli Şuranın aksiyası "Talana son!", "Monarxiyaya yox!", "Siyasi məhbuslara azadlıq!" şüarları altında keçirilir.
Nümayişin keçirilməsi şəhər hakimiyyətilə razılaşdırılmışdı.
İştirakçıların sayı barədə rəsmi məlumat verilməyib.
Turan informasiya agentliyi aksiyaya bir neçə min adamın qatıldığını bildirir.
Paytaxt polisi aksiyadan əvvəl xəbərdarlıqla çıxış edərək bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunmuş şüarlardan başqa şüarların səsləndirilməsinə və "qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına" imkan verilməyəcək.
Tədbirdən əvvəl APA agentliyinə danışan baş nazirin müavini mitinqi sabitliyi pozmaq cəhdi kimi dəyərləndirmişdi.
"Bəzi siyasi qüvvələr Azərbaycanda sabitliyi pozmaq üçün əllərindən gələni edirlər. Çox məmnunam ki, əllərindən çox şey gəlmir, çox şeyi bacara bilmirlər", - Əli Əhmədov bildirib.