Prokurorluq Mövlud Abdullayevin intiharının "səbəbini" açıqlayıb

Şəklin mənbəyi, kulis.az
Bakı Şəhər Prokurorluğu Azərbaycanda bildirir ki, "Mövlud Mövlud" imzası ilə tanınmış gənc yazar Mövlud Abdullayevin intiharına səbəb ilkin ehtimala görə həyat yoldaşı ilə ailə münasibətlərinin pozulması olub.
Binəqədi rayonunda yaşayan 1989-cu ildə doğulmuş yazar özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib.
Trend agentliyi Binəqədi rayon Prokurorluğuna istinadən yazır ki, hadisə martın 16-da gecə 02:00 radələrində rayonun 7-ci mikrorayon, Axundov küçəsində baş verib.

Həmçinin oxuyun: Nərmin Kamal: Mövludun arabası

Onun ölümü ilə əlaqədar da "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb.
Yazarın 2 yaşlı bir övladı var, Qafqazinfo yazır.

