Bakı: Xocalı qətliamının 25-ci ildönümü üçün yürüş keçirilib
Xocalı qətliamının 25-ci ildönümü münasibətilə Bakıda yürüş keçirilib.
APA-nın məlumatına görə, Bakı Dəniz Vağzalının qarşısından başlayan yürüş "Xocalı" abidəsinin önündə bitib.
Yürüşdə Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri iştirak ediblər.
Azadlıq qəzeti xəbər verir ki, saat 12:00-da müxalif Milli Şura (Demokratik Qüvvələrin Milli Şurası) Ana harayı abidəsini ziyarət edib.

Şəklin mənbəyi, ILGAR JAFAROV/AzerTag

Şəklin mənbəyi, FUAD ESGEROV/AzerTag

Şəklin mənbəyi, President.az
Aksiyaya minlərlə adi sakin də qatılıb. APA xəbər verir ki, iştirakçıların sayı "40 mindən çox" olub.
Fotolardan görmək olar ki, yürüşçülər həmin gecə qurban olan uşaqların, qadınların və qocaların portretlərini və digər plakatları əllərində tutublar.
AzərTac xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub faciə qurbanlarının xatirəsini ehtiramla yad edəndən sonra birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Leyla Əliyeva, Arzu Əliyeva və Heydər Əliyev abidənin önünə tər güllər qoydular.
"Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər".

Şəklin mənbəyi, President.az

Şəklin mənbəyi, President.az

Şəklin mənbəyi, President.az







