You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Putinin köməkçisi Qarabağı "mübahisəli ərazi" adlandırıb
Rusiya Prezidenti Putinin köməkçisi Vladimir Medinski Qarabağı mübahisəli bölgə adlandırıb.
O deyib ki, əgər Rusiya-Ukrayna müqharibəsində sülh əldə etməsə, cəbhəyanı ərazilərdə Qarabağ kimi mübahisəli bölgə yaranacaq.
Medinski bunu Rossiya Today kanalına müsahibəsində deyib.
Bakı onun bu açıqlamasını təəccüb və təəsüflə qarşıladığını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi deyib ki, Qarabağ mübahisəli ərazi deyil, elə Rusiya özü onu Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.
"Eyni zamanda, sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin Prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir".
Bakı vurğulayıb ki, Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmayıb və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmayıb, ona görə də belə müqayisə yersizdir.
Azərbaycanın bu bəyanatından sonra, Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki,
Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır.
O bildirib ki, Medinski tarixi aspekt, sosial-mədəni xüsusiyyətlər və xalqın ağrı-acısı baxımdan danışıb.
Zaxarova deyib ki, mövcud olmayan tezisləri kontekstən çıxarıb başqa məna verməyə, sözləri dəyişməyə ehtiyac yoxdur.
Video açılmırsa, YouTube kanalımızda izləyin.