Suriya: Ələvilər kimlərdir və onlara qarşı zorakılığın arxasında nə dayanır?

Ələvilər Suriya Məzhəb ayrılığı islam dini ələvilər ələvilik məzhəblər məzhəb düşmənliyi islam dini

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Suriyanın ələvi azlığının məzhəb zorakılığından qaçan ailələri əşyalarını əllərində daşıyaraq Livanın şimalına daxil olur.

Suriyanın müvəqqəti lideri Əhməd əl-Şaraa devrilmiş keçmiş prezident Bəşər Əsədə sadiq hesab olunan yerlərdə zorakılıq və qisas məqsədilə qətl törədilməsi davam edərkən birliyə çağırıb.

Bu, yeni hökumətin təhlükəsizlik qüvvələrinin ələvi dini azlığından yüzlərlə mülki vətəndaşı öldürdüyü iddia olunan, günlərlə davam edən qarşıdurmalardan sonra baş verir.

Bəzi təhlilçilər hələ ötən il Əsəd hakimiyyətinə sürətlə son qoyulmasının ardınca məzhəblərarası gərginlik olacağını proqnozlaşdırmışdılar.

Bəs, ələvilər kimlərdir və nəyə inanırlar? Bəs, niyə bu icma indi hədəfə çevrilir?

Təqib və siyasətin tarixi

Suriyada ələvilərin yaşadığı yerlər

Ələvi dini azlığı İslamda şiə məzhəbinin bir qoludur. Təriqət Suriyada 9-10-cu əsrlərdə yaranıb.

Ələvi "Əlinin davamçısı" deməkdir. O, Məhəmməd Peyğəmbərin əmisi oğlu və kürəkəni olub. Onlar şiə müsəlmanları kimi imam Əlinin Peyğəmbərin həqiqi varisi olduğuna inanırlar.

Suriyada kiçik azlıq olan bu dini icma təqiblərdən və səlib yürüşlərindən sağ çıxaraq 50 ildən çox davam edən və keçən il dramatik şəkildə sona çatan Əsəd ailəsinin sülalə hakimiyyəti dövründə Suriyada söz sahibi ola bilmişdi.

Milad bayramını və Zərdüştilərin yeni ilini qeyd etməyi özündə ehtiva etdiyi deyilən ələvi adətləri hətta əksər müsəlmanlara çox da tanış deyil.

Onlar Suriya əhalisinin təxminən 10 faizini təşkil edirlər və sünni müsəlmanlarından sonra ölkənin ikinci ən böyük dini qrupudur.

Onlar Suriyanın, əsasən, sahilyanı Latakiya və Tərtus əyalətlərində yerləşirlər, lakin Türkiyə, İraq və Livanda da ələvilərə rast gəlinir.

1970-ci ildə keçmiş prezident Bəşər Əsədin atası Hafizin başçılıq etdiyi çevrilişdən sonra ələvilər Suriyanın əsas qurumları və təhlükəsizlik aparatları üzərində hakimiyyət sahibi oldular.

Yaxın Şərqdəki digər müsəlmanlar ələviləri çox liberal və hətta dünyəvi hesab edirlər. Əsəd rejimi dövründə qadınlar hicab taxmağa təşviq edilmirdi və bir çoxları oruc tutmur və ya namaz qılmırdı. Hətta bəzi müsəlmanlar ələviləri dönük məzhəb hesab edirlər.

Sünnilərin çoxluq təşkil etdiyi ölkədə ələvilərin əlində olan hakimiyyət rıçaqları üzərində aşkar təsir və nəzarət keçən ilin dekabrında Əsədin Rusiyaya qaçmasından sonra bir gecədə yoxa çıxdı.

Bütün bu qətllər niyə baş verib?

ələvilər ələvilik məzhəblər məzhəb düşmənliyi islam dini

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İnsanlar mülki əhalinin öldürülməsinə və Suriyanın yeni hökuməti ilə əlaqələndirilən təhlükəsizlik qüvvələrinə qarşı etiraz edərkən Suriyanın yeni administrasiyasının əlində silah tutan sadiq bir təhlükəsizlik üzvü keşik çəkir.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Suriyanın devrilmiş keçmiş lideri Bəşər Əsəd ələvi idi. O həm də ələvilərin Suriyanın qəddar ordusuna və təhlükəsizlik qüvvələrinə təyin edilməsini dəstəkləyib və təşviq edib. İnsan haqları qruplarına görə, onlar, əsasən, sünni əhalini hədəf alıb.

Buna baxmayaraq, bir çox sadə ələvilər bildiriblər ki, Əsədin dövründə, xüsusən də onun hakimiyyətinə qarşı çıxdıqları halda, onlar da təqib və əziyyətlə üzləşiblər.

Hazırkı zorakılıqlar keçən həftə silahı təslim etməkdən imtina edən Əsəd tərəfdarlarının sahilyanı Latakiya və Cəblə şəhərləri ətrafında təhlükəsizlik qüvvələrini pusquya salmasından və onlarla insanı öldürməsindən sonra başlayıb.

Əsəd ordusunun keçmiş briqada generalı Ghiath Dallah "Suriyanın Azadlığı üçün Hərbi Şura" yaratdığını bildirərək, hazırkı hökumətə qarşı yeni üsyan elan edib.

Bəzi məlumatlara görə, Əsəd rejiminin silahı təslim etmək istəməyən keçmiş təhlükəsizlik zabitləri dağlarda müqavimət qrupu yaradıblar.

Ələvi icmasının hədəfə alınması Suriyanın hazırkı təhlükəsizlik qüvvələri tərəfindən qisas aktı kimi qiymətləndirilir.

BBC-yə danışan yerli sakinlər bildiriblər ki, ələvi icmasının əksəriyyəti bu müqavimət qruplarının yaradılmasına dair addımları rədd edir və zorakılıqlara görə Dallahı və Əsədə sadiq olan digərlərini günahlandırır.

Qətllər başlayandan bəri Bəşər Əsədə dəstək olan sahilyanı Latakiya və Tərtusda yüzlərlə insanın evlərini tərk etdiyi bildirilir.

Yerli sakinlər qarət və uşaqların da daxil olmaqla, kütləvi qətllər və küçələrdə qalmış cəsədlərin səhnələrini təsvir ediblər.

Yerli sakinlər uşaq cəsədləri də daxil küçələrdəki vəziyyəti - qarət və kütləvi qətl səhnələrini təsvir ediblər.

BBC ölənlərin sayını dəqiqləşdirə bilməyib. Bununla belə, Böyük Britaniyada yerləşən monitorinq qrupu keçən həftənin cümə və şənbə günləri qərb sahillərində ələviləri hədəf alan "qırğınlar"da ən azı 1200 mülki şəxsin öldürüldüyünü bildirir.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, bu döyüşlərdə təhlükəsizlik qüvvələrinin 231 üzvü, Əsəd tərəfdarlarının 250 döyüşçüsü öldürülüb.