You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Erdoğan deyir, Zəngəzur keçidi bölgə üçün sülh layihəsidir
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib ki, "Zəngəzur keçidi bütün bölgəmiz üçün bir sülh layihəsidir".
Onun sözlərinə görə, layihə bitəndən sonra Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni bir mərhələyə keçəcək.
Erdoğan Avqustun 25-də Türkiyənin Ahlat bölgəsində Nazirlər Kabinetinin iclasından sonra Zəngəzur dəhlizi barədə danışıb.
O bildirib ki, Avqustun 22-də Türkiyədə Qars ilə Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin təməli atılıb.
Zəngəzur dəhlizi də Türkiyə ilə Azərbaycanı birləşdirən bu yolun üzərində olacaq.
Erdoğana görə, dəmiryolu hazır olandan sonra buy olla ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınacaq.
Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xətti üçün rəsmi xəbərlər görə 2,4 milyard avro xərc tələb olunur.
Azərbaycan da Zəngəzur dəhlizinə kimi Horadizdən Ağbəndə kimi 2021-ci ilədn dəmir yolu tikir və işlərin çoxu görülüb.
Türkiyə və Azərbaycandan fərqli olaraq, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində bu ölkə heç bir iş görməyib.
İran ərazisində də Azərbaycanla Naxçıvan arasında əlaqə yaradacaq yeni dəmiryolu xətti tikilir.
Bu yol Ermənistandan keçəcək dəhlizə alternativdir.
Avqustun 8-də Birləşmiş Ştatlar paytaxtında Azərbaycan və Ermənistan rəhbərləri indiyə kimi Zəngəzur dəhlizi kimi tanınan yolu Trump marşurutu adlandırıblar.
Ermənistan bu dəhlizi Birləşmiş Ştatlar şirklətinə 99 illiyinə icarəyə verəcək.
Video açılmırsa, Youtube kanalımızda baxın.