You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Xaçmazda qadınlar üçün kafe: “Gəlinim də bura gələ bilir, oğlum heç nə demir”
Xaçmaz şəhərində yaşayan Firəngiz Pirverdiyeva artıq bir aydan çoxdur yalnız qadınlar üçün açdığı kafedə arzuladığı ab-havanı yaratmağa çalışır.
Kafedəki müştərilər də, rayonda xanımlar üçün xüsusi kafenin fəaliyyətə başlamasından məmnun olduqlarını və uzun müddət görə bilmədikləri rəfiqələri ilə bir araya gəldiklərini deyirlər.
Kafe yalnız xanımlar üçün olduğundan burada işləyənlər də yalnız qadınlardır.
Müsahibim deyir, elə kafeni açmaqda əsas məqsədlərindən biri də Xaçmazda xanımların məşğulluğuna az da olsa töhfə verməkdir.
Firəngiz Pirverdiyeva deyir ki, xanımların çoxu kafeyə öz övladları ilə gəlirlər.
Bunu nəzərə alan müsahibim gələcəkdə uşaqların əyləncə və asudə vaxtlarını keçirmək və dünyagörüşlərini artırmaq məqsədi ilə kiçik kinoteatr da açmaq niyyətindədir.
Fərid Həsənovun videosu.
Videoya YouTube kanalımızdan baxın