Nə üçün bəzi pişiklər qeyri-adi məkanlarda yaşamağı xoşlayırlar?

Henry xəstəxanada

Şəklin mənbəyi, DANIELLA HUTCHINSON

Şəklin alt yazısı, Henry xəstəxanada
    • Müəllif, Helen Burchell
    • Vəzifə, BBC

Bəzi pişiklər supermarketlərdə yaşayır, bəzilərisə xəstəxananı özlərinə ikinci ev seçirlər. Bu, insanlara qəribə görünə bilər, amma bəzən pişiklər həqiqətən də istədikləri hər yerə girib-çıxa bilirlər.

Pişik bioloqu və davranışşünas alim Roger Tabor belə pişiklərə nadirən rast gəlindiyini deyir, onları "eksentrik" adlandırır.

Bəs bu cür pişiklərə nəzarət etmək mümkündürmü?

Supermarket pişikləri

Haqqında kitablar yazılan Garfield hətta bir “imza” mərasimində də iştirak edib

Şəklin mənbəyi, CATE CARUTH

Şəklin alt yazısı, Haqqında kitablar yazılan Garfield hətta bir “imza” mərasimində də iştirak edib

Narıncı Garfield Cambridgeshire bölgəsindəki Sainsbury's supermarketlər şəbəkəsinin filialını “özəlləşdirib”; qara pişik Lupinsə Suffolk bölgəsində Aldi supermarketi filialında yaşamasıyla məşhurlaşıb.

Mister Sainsbury's kimi tanınan Garfield-in sosial media hesabını ölümündən əvvəl (2019) minlərlə adam izləyirdi.

Lupin Suffolk-dakı supermarketdə məşhurlaşıb

Şəklin mənbəyi, KATE SCARRY

Şəklin alt yazısı, Lupin Suffolk-dakı supermarketdə məşhurlaşıb
Garfield Ely şəhərindəki Sainsbury's mağazasının məşhur personajıydı

Şəklin mənbəyi, TALI ISERLES

Şəklin alt yazısı, Garfield Ely şəhərindəki Sainsbury's mağazasının məşhur personajıydı

Lupin adlı pişiksə Aldi şöbəsində tanınmağa başlayıb. 

Pişiklər üzrə mütəxəssis Roger Tabor deyir ki, hər iki pişik "çox sosial" olduqları üçün supermarketləri seçiblər və bu, "hələ kiçik yaşlarından insanlara öyrəşmənin nəticəsidir".

Tabor bildirir ki, bu pişiklər "nəinki çox rahat görünürlər, qayğı gördükləri mühit onların inkişafına da müsbət təsir edib".

Naşir, təbiətşünas və pişiklər üzrə mütəxəssis Roger Tabor

Şəklin mənbəyi, ROGER TABOR

Şəklin alt yazısı, Naşir, təbiətşünas və pişiklər üzrə mütəxəssis Roger Tabor

Garfield-in ölümündən sonra pərəstişkarlarının topladığı pulla supermarketin yaxınlığındakı parkda onun bürünc heykəlini ucaltmaq planlaşdırılır.

Lupinin sahibi isə pişiyini mağazadan götürüb evə aparanda çox vaxt "utanaraq getdiyini" deyir.

Tabor qeyd edir ki, insanlarla dost olmaq istəyən pişiklər azdır.

"Onlar qorxmurlar, ehtiyatlı deyillər və dərhal insanlarla dostlaşırlar, amma tarix boyu canlıların təhlükəsizliyini onların sayıqlığı təmin edib”.

Xəstəxana pişiyi

Henry Cambridge-dəki xəstəxanaya getməyi xoşlayır

Şəklin mənbəyi, BEAUTY AT THE FRANK LEE

Şəklin alt yazısı, Henry Cambridge-dəki xəstəxanaya getməyi xoşlayır

Xəstəxanaların pişiklər üçün ideal yaşayış yeri olduğunu demək olmaz, amma Henry beş ildir müntəzəm olaraq Cambridge şəhərindəki Addenbrooke's xəstəxanasına baş çəkir.

O, burda məşhurlaşıb və Facebook-da 5000 izləyicisi var.

Yeddi yaşlı Henry yaxınlıqdakı evdə yaşayır, amma xəstəxanadan ikinci evi kimi istifadə edir. Dəhlizlərdə kiminsə onu görüb bayıra çıxarmasına məhəl qoymadan orda dolaşmağa davam edir.

Xəstəxana personalı Henry-yə çox öyrəşib, onun "bir çox işçilərin və xəstələrin ürəyində xüsusi yeri olduğu" deyilir.

Henry-nin xəstəxana yeməkxanasında qalmasına icazə verilmir

Şəklin mənbəyi, CHRIS LEYSHON

Şəklin alt yazısı, Henry-nin xəstəxana yeməkxanasında qalmasına icazə verilmir

Xəstəxana işçiləri Henry-nin orda qalmaq niyyətində olduğunu anlayanda bəzi problemlərlə üzləşdiklərini bildirirlər.

"Hamımız Henry-ni çox sevirik, amma o, yeməkxanaya girəndə bizə olan sevgisi problemə çevrilir. Milad bayramı olmasına baxmayaraq hər kəsdən xahiş edirik ki, ona yemək verməsinlər" – işçilərdən biri belə deyir. 

Nə üçün pişiklər supermarketləri və ya xəstəxanaları seçirlər? 

Tabor bu suala belə cavab verir:

“Diqqət mərkəzində olmaq onlara yaxşı təsir edir. Gəzməyə çıxarılanda üzləşdikləri mənfi hallarla rastlaşmırlar”.

Oğru pişik

Ipswich şəhərində yaşayan siam hibridi 13 yaşlı Teo "oğru" olmasıyla məşhurdur və illərdir ki, buna görə sahiblərini utandırır.

O, kleptomaniyası müalicə olunmayan pişikdir.

Teo açıq pəncərələrdən və ya pişiklər üçün olan girişlərdən qonşuların evlərinə girərək yumşaq oyuncaqlardan tutmuş pula, Milad bər-bəzəyinə qədər dişinə keçən hər şeyi götürüb aparır.

Tabor deyir ki, "Teo kimi oğru pişiklərə nadir hallarda rast gəlinir. Bunlar ilk həftələrdə normal inkişaf etməmiş pişiklərdir, ona görə də oyuncaqları ov hesab edirlər. Yəni əslində pişik oğurluq etmir, normal davranır”.

Sahibi Rachael Drouet deyir ki, Teo keçmişdə qonşuların əşyalarını oğurlayırmış

Şəklin mənbəyi, KATIE DROUET

Şəklin alt yazısı, Sahibi Rachael Drouet deyir ki, Teo keçmişdə qonşuların əşyalarını oğurlayırmış
Teo-nun kleptomaniya xəstəliyinə tutulmasının soyuducunun arxasındakı sübutu

Şəklin mənbəyi, RACHAEL DROUET

Şəklin alt yazısı, Teo-nun kleptomaniya xəstəliyinə tutulmasının soyuducunun arxasındakı sübutu

Teo-nun davranışında heç bir dəyişiklik baş vermir.

Drouet deyir ki, "İndi o, qonşumun evinə gedib onların pişiyinin yumşaq oyuncaqlarını oğurlamağı xoşlayır. Biz Teo-yla onun oğurluğu barədə danışdıq, amma düşünürəm ki, o, niyə belə etdiyini bilmir. Çox şübhəli görünüşü var, bəlkə də atası pis oğlan olub və bu, genetik bir xüsusiyyətdir”. 

"Teo-nun hərəkətlərinə müsbət yanaşmaq olarsa, sahibləri bunu çox yaxşı bacarıblar. Əminəm ki, qonşular onun davranışını komik hesab edirlər. Bundan başqa, Teo-nun evə gətirdikləri digər pişiklərin yaxalayıb gətirdikləri bəzi şeylərdən daha yaxşıdır" – Tabor belə deyir.