You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bakıda "olan hər şey Ağalıda var" - Zəngilan sakini
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Zəngilanın Ağalı kənd sakini Sadiq Ağalarlı deyir ki, paytaxt Bakıda "olan hər şey Ağalıda var".
İllər sonra evinə qayıtmış Sadiq Ağalarlı deyir ki, Zəngilanın üç Ağalı kəndini birləşdirib bir qəsəbə tikiblər.
O, qəsəbədən məmnundur, deyir ki, hər şey müasir standartlara uyğun şəkildə tikilib.
Müsahibimiz vurğulayır ki, evlər hər ailəyə ailə üzvlərinin sayına görə verilib.
O əlavə edir ki, ailələrə kənd təsərrüfatı ilə məşğul olmaq üçün 13 sot torpaq da ayrılıb.