"Köhnə Füzulini istərdim" - keçmiş məcburi köçkün

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Qarabağa qayıtmış keçmiş məcburi köçkün Tünzalə Quluzadə BBC-yə Füzulidəki yeni həyatından danışır.

Video açılmasa, Youtube kanalımızda baxın.

Füzuli sakini Tünzalə Quluzadə deyir ki, Füzulinin işğalından əvvəl o şirniyyat sexində çalışıb.

İşğaldan sonra isə çoxları kimi o da Azərbaycanın müxtəlif bölgələrinə üz tutub, sonralarsa Bakıda yaşayıb.

2020-ci ilin payızında Füzuli işğaldan azad olunduqdan sonra geri qayıdanlardan biri də Tünzalə Quluzadə olub.

O deyir ki, hökumətin keçmiş məcburi köçkünlər üçün tikdiyi bina evlərindən birində yaşayır.

Arzusu köhnə Füzulinin və o zamankı mühitin bərpası, yenidənqurulması, səhhəti ağır işlərdə çalışmağa imkan vermədiyi üçün yüngül iş tapmaqdır.