You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Müxbirimiz Ermənistanda "Tramp marşrutu" keçəcək yolda
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bura Ermənistanın Sünik vilayətidir. Azərbaycanın "Zəngəzur dəhlizi" adlandırdığı yol məhz buradan keçəcək.
Bura İranla da sərhəddir. Bu ilin əvvəlində Rusiyanın buradan çıxacağı barədə xəbərlər yayılsa da, biz səfərimiz zamanı Rusiya Fedral Təhlükəsizlik Xidmətinin maşınlarını burada gördük.
Ancaq belə deyirlər ki, indi Sünikin gələcəyi Donald Trampla bağlıdır.
Tramp "Zəngəzur dəhlizi" ətrafındakı mübahisəni həll etməyi bacarıb.
Birləşmiş Ştatlar Prezidenti avqust ayında Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edib. Bu görüşdə onlar razılığa gəliblər.
Bu yolun idarəçiliyi 99 illik müddətə bir Amerika şirkətinə veriləcək və marşrut Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu, qısaca RTİPP adlanacaq.
Amma "Tramp marşrutu"nun necə olacağı hələ tam məlum deyil.
Videoya YouTube kanalımızda baxın.