You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ukrayna da Azərbaycandan qaz almağa başlayıb
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Ukrayna ilk dəfə olaraq Azərbaycan qazını alımağa başlayıb.
Naftogaz Ukraina ilə SOCAR arasında bununla bağlı alqı-satqı müqaviləsi imzalanıb.
"Naftoqaz" İdarə Heyətinin sədri Sergey Koretski sosial media hesabında yazıb: "Bu, miqyasına görə kiçik, lakin strateji əhəmiyyətli addımdır və uzunmüddətli əməkdaşlığa yol açır".
O deyib ki, Azərbaycandan qaz almaq ölkənin təchizatını şaxələndirəcək və və enerji təhlükəsizliyinin gücləndirəcək.
Azərbaycan qazı Ukraynaya Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu ilə verilir.
Sergey Koretski ilk dəfə sınaq qaz təchizatının həyata keçirildiyini deyib.
Ukrayna Rusiya ilə müharibəyə qədər əsas qaz təminatını bu ölkədən alırdı.
Ukraynanın Azərbaycan qazını alması Bakının Moksva ilə münasibətlərinin kəskinləşdiyi bir vaxtda baş verir.
Rusiyanın Ukraynaya müharibə başlatmasından sonra Azərbaycan Avropa məkanında bir qaz ölkəsi kimi diqqət cəlb etməyə başlayıb.
Hazırda Azərbaycan Avropa ölkələri də daxil, 10-dan çox ölkəyə təbii qaz satır.
Video açılmırsa, Youtube kanalımızda baxın.