"Bakıda artıq yaşamaq olmur!", rayondan gələn tələbə

BBC News Azərbaycanca danışmaq və eşidilmək istəyən insanlara fokuslanmış yeni layihəyə başlayır.

Biz Azərbaycanda insanlara öz dilləri ilə problemlərini çatdırmaq və ictimailəşdirmək imkanı veririk.

"Necə yaşayırsan? Bizə danış!" adlı bu layihəmizin qəhrəmanları müxtəlif peşə sahibləri – satıcılar, dönərçilər, çayçılar, əməkçilər və digərləridir, yəni, sizsiniz.

Bu layihə həm də gələcəyə - gənclərə və tələbələrə söz verir, bizim platformalarda onları da görə biləcəksiniz.

Layihəmizin ilk müsahibi - Bakıya rayondan gələn tələbə qızın müsahibəsini YouTube kanalımızda izləyin.

Sizin də bizim mikrofona və kameramız qarşısında demək istədiyiniz sözünüz varsa, bizimlə əlaqə saxlayın.

Bizi bbcazeri.com saytımızdan başqa, YouTube, Tiktok, İnstagram, FacebookX sosial şəbəkələrində tapa bilərsiniz.

Layihənin müəllifi və prodüseri Aygül Mehmandır.