2026-cı ilin maraqla gözlənilən 20 filmi

Meryl Streep ve Anne Hathaway

Şəklin mənbəyi, 20th Century Studios

Şəklin alt yazısı, Şeytan Marka Geyinər 2 ilin ən çox gözlənilən filmlərindən biridir.
    • Müəllif, Lizo Mzimba
    • Vəzifə, BBC
  • Oxuma vaxtı: 8 dəq

Məşhur rejissor Christopher Nolan-ən son filmi "Oppenheimer", 2023-cü ildə "Barbie" ilə eyni vaxtda kinoteatrlara çıxanda böyük tamaşaçı kütləsini kinolara cəlb etmişdi.

Nolan-ın "Odissey" filmi 2026-cı ildə nümayiş olunacaq digər filmlərlə birlikdə bu uğuru təkrarlaya biləcəkmi?

Sektor, Tom Holland-ın dördüncü "Spider Man" ("Hörümçək Adam") filmi, ikinci "Super Mario Qardaşları" filmi və "The Devil Wears Prada 2" ("Şeytan Marka Geyər 2") kimi çox gözlənilən filmlərin böyük kassa gəliri əldə edəcəyinə ümid edir.

"Avengers: Doomsday" ("Qisasçılar: Qiyamət Günü") və üçüncü "Dune" ("Çöl Planeti") filmlərini də unutmaq olmaz.

"Hamnet" kimi Oskar namizədi filmlərlə birlikdə, 2026-cı il Covid-19 karantinasının təsirlərini hələ də hiss edən kino sənayesi üçün potensial olaraq çox böyük bir il ola bilər.

Budur, 2026-cı ilin maraqla gözlənilən 20 filmi.

1. "Hamnet"

Cessi Bakley "Ən yaxşı qadın aktrisa" nominasiyasında Oskar mükafatının favoritlərindən biridir.

Şəklin mənbəyi, Focus Features

Şəklin alt yazısı, JeCessi Bakley "Ən yaxşı qadın aktrisa" nominasiyasında Oskar mükafatının favoritlərindən biridir.

Maggie O'Farrell-in mükafatlı romanı əsasında çəkilən "Hamnet" Uilyam Şekspir (Paul Mescal) və onun həyat yoldaşı Aqnes (Cessi Bakley) arasındakı münasibətdən bəhs edir.

Hekayə cütlüyün yaşadığı və Şekspirin "Hamlet" əsərinə ilham verən faciəvi hadisələri araşdırır.

2. "28 il sonra: Sümük Məbədi"

Ralph Fiennes "28 İl Sonra" filmi ilə yenidən ağ pərdəyə qayıdır.

Şəklin mənbəyi, Sony Pictures

Şəklin alt yazısı, Ralph Fiennes "28 İl Sonra" filmi ilə yenidən ağ pərdəyə qayıdır.

2002-ci ildə başlayan seriyanın dördüncü hissəsi olan və 2025-ci ildə nümayişə girən "28 İl Sonra" hekayəni qaldığı yerdən davam etdirir.

Spike (Alfie Williams), Jimmy Crystal-ın (Jack O'Connell) rəhbərlik etdiyi ölümcül bir qrupla üz-üzə qalır.

Dr. Kelson (Ralph Fiennes) isə dağıdıcı nəticələrə səbəb ola biləcək yeni bir münasibətə başlayır.

3. "Səsim Gəlir?"

Will Arnett "Səsim Gəlir" filmində

Şəklin mənbəyi, Searchlight Pictures

Şəklin alt yazısı, Will Arnett "Səsim Gəlir" filmində

İngilis komediya ustası John Bishop-un karyerasından ilhamlanaraq çəkilən "Is This Thing On?" ("Səsim Gəlir?"), Bradley Cooper-in "Bir Ulduz Doğur" və "Maestro" filmlərindən sonra rejissor kimi imza atdığı üçüncü ekran işidir.

Film, gözlənilmədən stand-up komediyaya başlayan və insanları güldürmək qabiliyyətinə sahib olduğunu kəşf edən bir kişinin hekayəsindən bəhs edir.

4. "Uğultulu Təpələr"

Jacob Elordi və Margot Robbie Heathcliff ve Cathy rollarında

Şəklin mənbəyi, Warner Bros.

Şəklin alt yazısı, Jacob Elordi və Margot Robbie Heathcliff ve Cathy rollarında

Ehtirası, həsrəti və bastırılmış cinsi gərginliyi əks etdirən görüntülərlə zəngin treylerləri sayəsində "Uğultulu Təpələr" artıq 2026-cı ilin ən çox müzakirə olunan filmlərindən birinə çevrilib.

Filmin rejissoru Saltburn ilə tanınan Emerald Fennell-dir. O, Heskliff rolunda yenidən Jacob Elordi ilə çalışır. Margot Robbie isə Keyti rolunu canlandırır.

5. "Ann Li-nin Vəsiyyətnaməsi"

Amanda Seyfried 18-ci əsrin ruhani lideri Ann Li rolunda.

Şəklin mənbəyi, Searchlight Pictures

Şəklin alt yazısı, Amanda Seyfried 18-ci əsrin ruhani lideri Ann Li rolunda.

Amanda Seyfried real həyatda 18-ci əsrdə Şeykerizm kimi tanınan dini hərəkatın lideri olmuş Ann Li rolunda baş rolu canlandırır.

Əslində XVII əsrdə İngiltərədə yaranmış və Kuveykırlar (Dostlar Cəmiyyəti) hərəkatına mənsub olan Li bu icmadan ayrılır və Atlantik okeanını keçərək Amerikaya köçür. Burada yüzlərlə insan onun dini yolçuluğuna qoşulur.

Qlobal nümayiş tarixi: 3 aprel

6. "Qışqırıq 7"

"Qışqırıq" seriyasından tanınan məşhur "Ghostface" obrazı.

Şəklin mənbəyi, Paramount Pictures

Şəklin alt yazısı, "Qışqırıq" seriyasından tanınan məşhur "Ghostface" obrazı.

Orijinal "Qışqırıq" filminin və onun iki davam hissəsinin ssenarisini yazmış Kevin Williamson, bu dəfə həm rejissor, həm də ssenarist kimi "Qışqırıq" ailəsinə geri qayıdır.

Kamera qarşısında isə Gale Weathers-ı canlandıran Courteney Cox ve Sidney Prescott'ı oynayan Neve Campbell Prescott'ın qızını hədələyən yeni bir "Ghostface" -lə üzləşmək üçün yenidən ekrana dönürlər.

7. "Super Mario: Qalaktika Filmi"

"Super Mario: Qalaktika Filmi"

Şəklin mənbəyi, Nintendo/Universal

Şəklin alt yazısı, "Super Mario: Qalaktika Filmi"

"Super Mario Qardaşları" adlı canlı-action filmin kassada uğursuzluğa düçar olmasından 30 il sonra, şən santexnik Mario-nun macəralarından bəhs edən animasiya filmi — Super Mario Qardaşları Filmi — dünya üzrə kassada 1 milyard dollardan çox gəlir əldə etmişdi.

Mario və Luici-nin Şahzadə Piç-i xilas etmək üçün yola çıxdığı 2007-ci il istehsalı bir video oyuna əsaslanan bu davam filminin çəkilməsi demək olar ki, qaçılmaz idi.

Qlobal nümayiş tarixi: 3 aprel

8. "Şeytan Marka Geyinər 2"

Meryl Streep Miranda; Anne Hathaway Andy rollarında

Şəklin mənbəyi, 20th Century Studios

Şəklin alt yazısı, Meryl Streep Miranda; Anne Hathaway Andy rollarında

Meril Strip-in "Runway" moda jurnalının hazırcavab və sərt redaktoru Miranda, Anne Hatavey-in isə moda dünyasına yeni qədəm qoymuş saf Andy obrazındakı çıxışları orijinal filmi milyonlarla insanın izlədiyi bir kino hadisəsinə çevirmişdi.

İyirmi il sonra hər iki obraz geri dönür. Film haqqında hələlik çox az detal açıqlansa da, fanatların sevimliləri Emily Blant və Stanli Tusi də müvafiq olaraq Emily və Nigel rolları ilə yenidən ekranlarda olacaqlar.

Qlobal nümayiş tarixi: 1 may

9. "Ulduz Müharibələri: Mandalorian və Qroqu"

Qroqu, Mandalorian ilə birlikdə yeni bir missiyaya qatılır.

Şəklin mənbəyi, Lucasfilm

Şəklin alt yazısı, Qroqu, Mandalorian ilə birlikdə yeni bir missiyaya qatılır.

Üç mövsüm ərzində yayımlanan Mandalorian, indiyədək çəkilmiş ən uğurlu "Ulduz Müharibələri" ("Star Wars") serialı olub.

Yaradıcılar ümid edirlər ki, serialın böyük populyarlığı "Ulduz Müharibələri"nə böyük ekranda yenidən həyat verəcək.

Bu film, 2019-cu ildə nümayiş etdirilən "Ulduz Müharibələri: Skayvokerin Yüksəlişi" filmindən sonra seriyanın ilk kino işi olacaq.

Filmdə Sigourney Weaver də rol alacaq.

Qlobal nümayiş tarixi: 22 may

10. "İfşa Günü"

Steven Speilberg-in son layihəsi olduqca gizli saxlanılır. Hətta iki dəqiqəlik reklam videosu belə süjet xətti barədə demək olar ki, heç bir ipucu vermir.

Şəklin mənbəyi, Universal

Şəklin alt yazısı, Josh O'Connor Steven Spielberg-in son layihəsində rol alır.

Steven Speilberg-in son layihəsi olduqca gizli saxlanılır. Hətta iki dəqiqəlik reklam videosu belə süjet xətti barədə demək olar ki, heç bir ipucu vermir.

Ancaq filmin sloqanı:

"Əgər tək olmadığımızı öyrənsəydiniz, kimsə bunu sizə göstərsəydi, sübut etsəydi, bu sizi qorxudardımı?" - yadplanetlilərin ifşa ediləcəyinə dair güclü bir eyham ehtiva edir.

Qlobal nümayiş tarixi: 12 iyun

11. "Oyuncaq Hekayəsi 5"

Woody ve Buzz beşinci macəraları ilə geri qayıdırlar.

Şəklin mənbəyi, Pixar

Şəklin alt yazısı, Woody ve Buzz beşinci macəraları ilə geri qayıdırlar.

2020-ci illər Piksar üçün asan keçməyib. Turning Red (Qırmızı), Elio və Oyuncaq Hekayəsi seriyasından törəyən Lightyear (İşıkyılı) daxil olmaqla bir çox film studiyanın öz yüksək gözləntilərini doğrultmayıb.

Animasiya studiyası, ən uğurlu franşizasının beşinci filmində Tom Hanksin Vudi, Tim Allenin isə Bazz rollarına qayıdışının vəziyyəti düzəltməyə kömək edəcəyinə ümid edir.

Qlobal nümayiş tarixi: 19 iyun

12. "Supergirl"

Milli Alkok Superqız rolunda.

Şəklin mənbəyi, Warner Bros.

Şəklin alt yazısı, Milli Alkok Superqız rolunda.

Milly Alkok-un "Superman" filmində Superqız kimi qısa, lakin təsirli çıxışı filmin ən yadda qalan anlarından biri olmuşdu.

Bu filmin treylerində onun təkcə canilərlə döyüşməsi deyil, eyni zamanda diskoteka kürəsinin altında rəqs etməsi də göstərir ki, bu dəfə Superqızın şəxsiyyətinə xüsusi diqqət ayrılacaq.

Qlobal nümayiş tarixi: 26 iyun

13. "Moana"

Moana filmi

Şəklin mənbəyi, Walt Disney

Şəklin alt yazısı, Katerin Laqa'aia Moana rolunda.

İlk animasiya filmi "Moana" böyük uğur qazanmış, "Moana 2" isə bundan da irəli gedərək kassada 1 milyard dollardan çox gəlir əldə etmişdi.

Bu səbəbdən, gənc Moananın xalqını xilas etmək ümidi ilə adasını tərk edib bir səfərə çıxmasından bəhs edən bu canlı-aksiyon ekranlaşdırması ilə bağlı gözləntilər olduqca yüksəkdir.

Qlobal nümayiş tarixi: 10 iyul

14. "Odissey"

Matt Damon Odissey filmində

Şəklin mənbəyi, Universal

Şəklin alt yazısı, Matt Damon Odissey filmində

Oskar mükafatlı rejissor Kristofer Nolan, adətən, tamaşaçıların filmlərinin mövzusu barədə əvvəlcədən çox məlumatlı olmasını sevmir.

Lakin onun 2023-cü ildə Oskar qazanan "Oppenheimer" filmindən sonrakı ekran işi, Troya müharibəsindən sonra evinə qayıdan Odysseus-un (Matt Damon) hekayəsindən bəhs edir.

Hekayə Homerosun qədim yunan dastanına əsaslanır.

Qlobal nümayiş tarixi: 17 iyul

15. "Hörümçək Adam: Tamamilə Yeni Gün"

Tom Holland Hörümcek adam rolunda

Şəklin mənbəyi, Sony/Marvel

Şəklin alt yazısı, Tom Holland Hörümcek adam rolunda

Seriyanın əvvəlki filmi "Spider-Man: No Way Home" ("Evdə Yol Yoxdur") -un sonunda, Doctor Strangein etdiyi sehir nəticəsində sevgilisi MJ də daxil olmaqla bütün dünya Peter Parkerin (Tom Holland) Hörümçək Adam olduğunu, hətta onun mövcudluğunu belə unudurdu.

Bu səbəbdən bir çoxları yeni filmdə Parkerin superqəhrəman olmağın gətirdiyi tənhalıqla necə mübarizə aparacağından bəhs ediləcəyini düşünür.

Qlobal nümayiş tarixi: 31 iyul

16. "Aclıq oyunları: Seçim gününün sübhü" (The Hunger Games: Sunrise on the Reaping)

Cosef Zada Heymiç Abernasi rolunda, McKenna Qreys isə Maysili Donner obrazını canlandırır.

Şəklin mənbəyi, Murray Close/Lionsgate

Şəklin alt yazısı, Cosef Zada Heymiç Abernasi rolunda, McKenna Qreys isə Maysili Donner obrazını canlandırır.

"İlk Aclıq Oyunları" filmindən 25 il əvvəl cərəyan edən Sunrise on the Reaping, gələcəkdə Katniss Everdin-in (Jennifer Lawrence) mentoruna çevriləcək Heymiç Abernasinin 50-ci Aclıq Oyunlarına qatılmasını mərkəzə alır.

Bildirilir ki, həm Jennifer Lawrence, həm də Josh Hutcherson (Peeta) filmdə qısa rollarla yer alacaqlar.

Qlobal nümayiş tarixi: 20 noyabr

17. "Qaynata Foker".( Focker-in-Law)

Ariana Grande Focker-in-Law filmi ilə seriyaya qoşulur.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ariana Grande Focker-in-Law filmi ilə seriyaya qoşulur.

"Çətin ata" filmi ilə başlayan seriyanın dördüncü hissəsində Ben Stiller, Robert De Niro, Teri Polo, Blis Danner və Oven Vilson yenidən ekranlara qayıdır.

Lakin əvvəlki filmlərdə Stiller-in valideynlərini canlandıran Dastin Hoffman və Barbra Streisandın bu filmdə olub-olmayacağı hələ də dəqiq deyil. Yeni heyət üzvlərindən biri isə Ariana Grandedir.

Qlobal nümayiş tarixi: 25 noyabr

18. "Jumanji 3"

Jumanji-nin aktyorları

Şəklin mənbəyi, Instagram/@JumanjiMovie

Şəklin alt yazısı, Jumanji-nin aktyorları

Hələ də məxfilik pərdəsi arxasında saxlanılan layihələrdən biri də "Jumanji 3"dür. Film barədə indiyədək yalnız bir foto yayımlanıb və süjetlə bağlı konkret məlumatlar azdır.

Ancaq Dveyn Conson, Cek Blək, Karen Gillan və Kevin Hartdan ibarət əsas heyətin geri dönəcəyi məlumdur. Həmçinin bunun son "Jumanji" filmi olacağı deyilir.

Qlobal nümayiş tarixi: 11 dekabr

19. "Yenilməzlər: Qiyamət Günü"

"Yenilməzlər: Qiyamət Günü"

Şəklin mənbəyi, Marvel

Şəklin alt yazısı, Robert Downey Jr. Marvel Kainatına geri dönür.

Bir vaxtlar kassaları alt-üst edən Marvel studiyası son dövrlərdə nisbətən sakit mərhələ keçirib.

Marvel studiyası "Avengers: Doomsday" ("Yenilməzlər: Qiyamət Günü") filminin bu durğunluğu qıracağını və böyük kasssa uğuru qazanacağını ümid edir.

Filmdə Robert Dovney Jr. bu dəfə caninin - Doctor Dum rolunda geri qayıdır. Eyni zamanda X-Men üzvləri də daxil olmaqla çox geniş aktyor heyəti yer alır.

Qlobal nümayiş tarixi: 18 dekabr

20. "Dune 3: Çöl Planeti"

Timotéy Kalamet və Zendaya, Dune: Part Two filmində.

Şəklin mənbəyi, Legendary Pictures/Warner Bros.

Şəklin alt yazısı, Timotéy Kalamet və Zendaya, Dune: Part Two filmində.

Rejissor Denis Villeneuveün epik kosmik trilogiyasının üçüncü filminin, "Dune" seriyasının ikinci romanı olan "Dune: Messiah" əsasında çəkiləcəyi bildirilir.

Timotey Kalamet, Zendaya və digər əsas aktyor heyəti rollarını yenidən canlandıracaq. Heyətə yeni qoşulan ad isə Robert Pattinsondur.

Villeneuve-ün növbəti layihəsi isə yeni Ceyms Bond filmi olacaq.

Qlobal nümayiş tarixi: 18 dekabr