You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Əliyev və Paşinyan Kazanda görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Kazan şəhərində görüşüblər.
Görüşdə hər iki ölkənin kiçik nümayəndə heyəti də iştirak edib.
Bu, iki ölkə lideri arasında son 8 ay ərzində baş tutan ilk görüşdür.
Daha əvvəl onların Britaniya və Rusiyada görüşmək imkanı olsa da, bu, baş tutmamış və hər iki tərəf bir-birini görüşdən imtina etməkdə ittiham etmişdi.
Əliyev və Paşinyan BRICS+ ölkələrinin Kazanda keçirilən sammitində iştirak etmək üçün Rusiyadadırlar.
Lakin nə Azərbaycanın, nə də Ermənistanın yerli mediası Əliyevlə Paşinyan arasında görüşün olacağı barədə məlumat verib.
Buna görə də görüşün planlaşdırılmamış şəkildə baş tutmasına dair ehtimallar var. Səbəb isə sammit zamanı Əliyevlə Paşinyanın bir-biri ilə söhbət etməsidir.
Yayılan videolarda ikisi arasında edilən qeyri-rəsmi söhbətlərə sonradan hər iki ölkənin xarici işlər nazirlərinin də qoşulduğu görünür.
Videonu YouTube kanalımızda izləyin.