Bakı “Qəzzaya hərbçi göndərməklə bağlı yekun qərar verməyib”

Videonun alt yazısı, Bakı “Qəzzaya hərbçi göndərməklə bağlı yekun qərar verməyib”
Bakı “Qəzzaya hərbçi göndərməklə bağlı yekun qərar verməyib”

Azərbaycan hələ Qəzzaya hərbçilərini göndərməklə bağlı yekun qərarını verməyib.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Yaponiyanın Nikkei saytına açıqlamasında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, ABŞ "Beynəlxalq Sabitləşdirmə Qüvvələri" adlandırılan qrupa daxil olmaqla bağlı Bakıya müraciət edib.

Amma o bildirub ki, ölkənin Qəzza zolağında təhlükəsizliyi təmin edəcək beynəlxalq sabitləşdirmə qüvvələrində iştirak etməsi çətin olacaq.

Hikmət Hacıyev bunu BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsində döyüq qaydaları, fəaliyyət mexanizmləri və missiyanın mandatının əhatə dairə barədə məlumatın olmaması ilə izah edib.

BMT Təhlükəsizlik Şurası ötən ay Türkiyə, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan və İordaniyadan rəsmi dəstək alaraq qüvvələrin yaradılması ilə bağlı qətnaməni təsdiqləyib.

Azərbaycan rəsminin reaksiyası Amerika Birləşmiş Ştatlarının BMT-dəki nümayəndəsi Mike Waltz-un Qəzzada atəşkəs planı ilə bağlı açıqlamasından sonra gəlib.

Amerikalı rəsmi dekabrın 22-də BMT-nin dəstəyi ilə Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin tərkibində Azərbaycanın da olduğunu bildirib.

Sabitləşdirmə Qüvvələrinin formalaşdırılması noyabrın 4-də Prezident Donald Trampın Qəzzada sülh planı çərçivəsində təklif olunub.