Makiyaj vasitələri və tamponlar: NASA-nın qadın astronavtları kosmosa səfər hazırlığını necə dəyişdi?

Sally Ride- ə kosmosda istidafə etməsi üçün makiyaş vasitələri verilmişdi.

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, Sally Ride- ə kosmosda istidafə etməsi üçün makiyaş vasitələri verilmişdi.

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

1983-cü il iyunun 18-də Challenger kosmik gəmisinin uçuşuna hazırlığı gedirdi.

"STS-7" NASA-nın dünyanın ilk təkrar istifadə edilə bilən kosmik gəmisindəki yeddinci missiyası idi.

Beş nəfərlik heyət arasında kaliforniyalı fizikaçı Sally Ride də vardı. O vaxta qədər yalnız iki qadın kosmosa getmişdi.

Sovet kosmonavtı Valentina Tereşkova təxminən 20 il əvvəl, 1961-ci ildə kosmosa çıxaraq tarix yazmışdı.

19 il sonra, 1982-ci ildə Sovet İttifaqının ABŞ-ın ilk qadın astronavtını kosmosa göndərəcəyini fərq etməsinin ardından Svetlana Savitskaya kosmosa göndərilmişdi.

Çəkmələri və gümüş rəngli kosmik geyimləri ilə astronavt Barbi oyuncaqları 1965-ci ildə satışa çıxmışdı, amma amerikalı qadınların bunun gerçəkləşməsini daha uzun müddət gözləməli oldular.

1980-ci illərdə həm dünya, həm də moda dəyişmişdi. 1985-ci ildə satılan astronavt Barbi oyunçaqlarının parlaq gümüş rəngli geyimləri və uyğun əl çantası var idi.

Bu kuklalar parlaq çəhrayı rəngli bluz, mini ətək və çəhrayı dabanlı çəkmələr geyinirdi.

Dabanlı çəkmələr kosmik missiyadakı avadanlıqlardan biri deyildi, amma NASA qadın astronavtlara kirşan, göz kölgəsi və dodaq boyası kimi makiyaj vasitələri vermişdi.

Altı yeni qadın astronavt – Sally Ride, Judy Resnik, Anna Fisher, Kathryn Sullivan, Shannon Lucid ve Rhea Seddon – şəxsi seçim paketlərinə (PPK) bu vasitələri daxil etmişdi.

Anna Lee Fisher astronavt geyimləri ilə

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, Anna Lee Fisher astronavt geyimləri ilə
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Ride əslində makiyaj etmirdi. Bir il sonra kosmik gəzinti edən ilk amerikalı qadın olacaq astronavt Kathryn Sulivan də eyni vəziyyətdə idi.

Daha sonra Hubble Kosmik Teleskopun təmirində mühüm rol oynayacaq Sulivan deyir:

"Bəzilərimiz kosmetika paketinə heyranlıq və narahatlıq dolu hisslə reaksiya verdik. Yalnız makiyaj üçün ayrıca paket hazırlanması onu göstərirdi ki, kimsə bizim kişi həmkarlarımıza nisbətən daha az vəzifə yönümlü və ya jurnalistlərin gözlədiyi stereotipi nümayiş etdirməli olduğumuzu düşünür".

Lakin bütün qadın astronavtlar kosmetik paketdən uzaq durmadı.

Rhea Sedon internet saytında yazır:

"Mən azlıq adına danışım. Kosmosda fotoşəkillərim çəkiləcəkdisə, arxa planda qalmaq istəmədim və bəzi əsas makiyaj məhsullarını istədim. Kosmik fotoşəkillərdə azacıq dodaq boyası və göz kölgəsi çəkmiş tək astronavt olmadığımı görmək maraqlı idi".

Ride heç vaxt makiyaj etməmişdi, amma şəxsi paketdəkilərlə bağlı başqa problemlər də vardı.

"Qadınlar artıq Britaniya istehsalı olan Sterling dezodorantını, kişilər üçün saç tonikini və Old Spice təraş kremini daha çox qadınlar üçün uyğun losyon və kremlərlə əvəz edilməsini istəmişdilər", - "Sally Ride: Amerikanın kosmosdakı ilk qadını" kitabının müəllifi Lynn Sherr deyir.

Bəzən təlim görən altı qadının cinsiyyəti tamamilə unudulurdu.

Sheer deyir:

"1978-ci ildə Enterprise Kosmik Geminin sınaq enişini izləmək üçün dəvət aldıqda, arasında qadınlar da olan bütün astronavtlara günün xatirəsi olaraq eyni hədiyyələr verilmişdi – qızıl örtüklü qalstuk sancaqları və qol düymələri".

Şəxsi seçimlər fərqli ola bilərdi, amma yeni astronavtların kosmik səyahətə hazırlığı üçün əsas bioloji biliklər də lazım idi.

Sulivan əvvəlki müsahibəsində deyib:

"NASA-dakı kişilər qadınların qadın ola biləcəyini və buna görə də missiya zamanı menstruasiya ola biləcəyini başa düşdü".

"Sally üçün şəxsi paketə tampon qoydular. Birini çıxardığında sanki ard-arda sosiskalar çıxırdı – Tamponlar, tamponlar, tamponlar… Təxminən yüz tampon vardı. Dönüb soruşdular: "Bu, kifayət edərmi?" Sally gülərək ironik şəkildə dedi: "Xeyr, xeyr".

Göründüyü kimi, NASA kosmosa çıxmaq üçün mühəndislik biliyinə sahib idi, amma qadınların prioritetlərini, hətta menstrual dövrlərini belə bilmirdi.

"Ən aşkar və gülməli səhvlər ekipaj avadanlıqlarının təmin edilməsində idi: kostyumlar, paraşütlər, dəbilqələr və gigiyena tələbləri", - deyə Sullivan bildirir.

"Məncə, bütün bunlar sadəcə məsum səhvlər idi və məsul komanda bacardıqları qədər əlindən gələni etmişdi", - o əlavə edir.

NASA, Anna Fişer kimi qadın astronavtlar üçün avadanlıqlarda dəyişikliklər etməli olmuşdu.

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, NASA Anna Fisher kimi qadın astronavtlar üçün avadanlıqlarda dəyişikliklər etməli olmuşdu.

NASA qadın astronavtlarla bağlı hər şeyi tam dəqiqliklə etməsə də, doğru addımlar da atmışdı.

Qadın və kişi sidik kisələri əsasən eyni olsa da, kiçik uşaqları olan hər kəsin təsdiqləyəcəyi kimi, oğlan uşaqlarının bezində sidiyin ən çox toplandığı yer qız uşaqlarınınkı ilə eyni deyil.

NASA o vaxt artıq böyüklər üçün bez hazırlamışdı. Amma indiyə qədər bütün kosmik missiyalardakı astronavtlar kişi idi.

Qadınların boyu və bədən quruluşu fərqli olduğundan (orta hesabla kişilərdən daha qısa və yüngül olduqları üçün) NASA qadınlar üçün də bez dizayn etdi.

Astronavt Anna Fisher Bərabər Hüquqlar Məsələsi adlı radio sənədli filmində deyir:

"NASA qadınları proqramına qəbul edəcəyinə söz vermişdi. Hətta uçuş yoxlanışında da qadınlar var idi. Amma çox az uçuş yoxlaması məsulu qadın idi və uçuş direktoru qadın heç yox idi. İlk qadın uçuş direktoru 1984-cü ildə təyin edildi".

Tarixi baxımdan isə ABŞ astronavtları arasında yalnız kişilərin "doğru avadanlıqlara" sahib olduğu inancı mövcud idi.

Kosmik gəminin seçiminə qədər NASA astronavtlarının, bir-iki istisna olmaqla, hamısı pilot idi və hərbi keçmişə malik idilər.

Harrison Smitt bu istisnaya aid idi – o, Apollo 17 ilə geoloq kimi kosmosa çıxmış və sivil olaraq, iki hərbi bazada reaktiv və helikopter təlimi almışdı.

Birdən "normal" astronavt seçim qaydaları tətbiq edilməyə başladı. 35 yeni astronavtdan 15-i pilot idi, amma bu dəfə 20 elm insanı, fizikaçı və ya mühəndis kimi mütəxəssis də var idi.

Bu yeni kateqoriyada altı qadın da daxil idi və hər kəs bundan razı deyildi.

Fisher deyir:

"Mayk Mulen-in yazdığı "Riding Rockets" kitabında bu mövzu ilə bağlı duyğularını açıq şəkildə ifadə etdiyini bilirəm".

Mulen kosmik gəmi astronavtlarının arasına qatıldığında pilot idi və yalnız kişilərin getdiyi West Point Hərbi Akademiyası məzunu olmuş, Vyetnamda 134 döyüş uçuşu həyata keçirmişdi.

Fisher əlavə edir:

"Əgər həyatınızın təhlükə altında olduğu bir vəziyyətdə olsanız, bu elmi təhsilə sahib insanların necə fəaliyyət göstərəcəyinə narahat olardınız".

Kosmik Gəmi, NASA-nın bir neçə missiyada istifadə oluna bilən ilk kosmik nəqliyyat vasitəsi idi.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kosmik Gəmi NASA-nın bir neçə missiyada istifadə oluna bilən ilk kosmik nəqliyyat vasitəsi idi.

Bir neçə il əvvəl Mullan ilə New Meksikadakı evində görüşdüyüm zaman, kitabında da yazdığı kimi, o dövrün cinsiyyətçiliyi haqqında açıq danışdı.

"Katolik məktəbində oxuyursunuz və qadınların yalnız bir neçə vəzifəsi olduğuna inanırsınız. Qadının əsas rolu ana və ev xanımı olmaq idi. Bu fikir illər boyu beynimizə işlənmişdi. Buna görə də diş həkimi və ya katibə kimi bir qadın görmək çox nadir bir hal sayılırdı".

"Həm mən, həm də ordudakı əksər insanlar bu insanların bu qədər fərqli bir dünyaya necə uyğunlaşacağını şübhə ilə qarşılayırdıq. Bizim üçün eyni dünya idi, yüksək performanslı hava vasitələri uçururduq. Bu insanların da çox faydalı olduqlarını başa düşməyim uzun çəkmədi. İlk missiyamda Resnik ilə, kosmosa çıxan ikinci qadınla birlikdəydim. Çox sevmişdim".

Mullan Sally Ride ilə münasibətinin bir qədər problemli olduğunu etiraf edir, amma daha sonra onların nailiyyətlərinə tam heyranlıq duyduğunu bildirib.

"Sally bizə həqiqətən doğru qabiliyyətlərə sahib olduğunu göstərdi", - Mullan deyir.

Təlimlər zamanı altı qadın astronotun proqramda iştirakları tez-tez şübhə və istehza ilə qarşılanırdı.

Sullivan deyir: "Bir jurnalist Merkuri, Gemini və Apollo kosmik vasitələrdə bütün pilotaj, kosmik yürüş və elmi işlərin kişilər tərəfindən yerinə yetirildiyini vurğulamışdı və "əlbəttə ki, gəmidə də bunu edə bilərlər" dedi. Yəni, biz lazımsız idik, yoxsa, sadəcə, kişiləri izləmək üçünmü ora göndərilirdik?"

Bu münasibət yalnız xəbər proqramları ilə məhdudlaşmırdı.

Sherr bildirir: "Komediya proqramı The Tonight Show-da Johny Carson 'Uçuş, Sally-nin ayaqqabısına uyğun bir çanta tapa bilənədək təxirə salındı" deyə zarafat etmişdi".

Nikel Nikols və Gələcək Qadın Astronavtlara Təsiri

Şəklin mənbəyi, CBS/ Getty Images

Şəklin alt yazısı, Kosmos Yolu serialında Teğmen Uhura rolunu canlandıran Nichelle Nicholls növbəti nəsil qadın astronotlar üzərində böyük təsir göstərmişdi.

Aşırı hazırlıqlı olmalarına baxmayaraq, bu qadınlar daima özlərini sübut etmək məcburiyyətində idilər. Nəticədə hər bir missiyada uğur qazandılar.

Məsələn, Lusid beş dəfə kosmosa çıxdı, dəyərli tədqiqatlar apardı və 1996-2007-ci illər arasında kosmosda ən uzun müddət qalan qadın oldu.

Amma ən önəmlisi seçilmək idi və aktrisa Nichelle Nicholls NASA-nın fərqli mənşəli astronavtları bir araya gətirməsində mühüm rol oynadı.

Nicholls ən çox 1966-69-cu illərdə yayımlanan Kosmos Yolu serialında Teğmen Uhura rolunu ifa etməsi ilə tanınırdı. Orijinal serialda davamlı rol alan ilk qaradərili aktyor idi.

1970-ci illərin əvvəlində NASA-nın bərabər imkanlar məsuliyyəti Ruth Bates Harres azlıqların işə qəbul proqramının "demək olar ki, tam bir uğursuzluq" olduğunu göstərən bir hesabat yazmış və tezliklə işindən çıxarılmışdı.

Harres-in işdən çıxarılması Konqresdə toplantıların keçirilməsinə səbəb oldu və nəticədə NASA onu yenidən işə götürdü.

Beləliklə, NASA növbəti astronavt seçimi prosesində nəyisə sübut etmək məcburiyyətində idi

Nicholls -un bu rolu amerikalılar üzərində böyük təsir bağışladı.

Bu səbəbdən NASA qadınları və qaradərili namizədləri təşviq etmək üçün reklam videolarında Nicholls -u istifadə etdi.

O, həmçinin məktəblərdə çıxışlar etdi və 1979-cu ildə Beynəlxalq Hava yolları və Kosmos Muzeyinin reklam filmində rol aldı.

Kathryn Sullivan Kosmik gəzinti edən ilk Amerikalı qadındır.

Şəklin mənbəyi, NASA

Şəklin alt yazısı, Kathryn Sullivan Kosmik gəzinti edən ilk Amerikalı qadındır.

35 astronavt arasında üç afrikalı, bir asiyalı və amerikalı var idi.

Challenger faciəsində həyatını itirən və kosmosa çıxan ilk yəhudi amerikalı qadın olan Resnik, tez-tez Nichols-un onu necə astronavt olmağa təşviq etdiyini danışırdı.

İllər sonra, 1992-ci ildə NASA-nın kosmosdakı ilk afrikalı-amerikalı qadın astronavt olan Mae Jemison da Nichols-un ona necə ilham verdiyini qeyd etdi.

Bu gün NASA tamamilə fərqli bir təşkilatdır.

Mühəndislik vəzifəsi üzrə mütəxəssis Loral O'Hara Beynəlxalq Kosmos Stansiyasına (ISS) qoşuldu.

Eyni zamanda stansiyada eyni dərəcədə təsirli mühəndislik təcrübəsinə malik Jasmin Moghbeli də var idi.

Moghbeli həmçinin 150-dən çox döyüş missiyasında iştirak etmiş bir test pilotu idi.

Bu da göstərir ki, "doğru qabiliyyətlər" artıq yalnız ağ kişilərə aid deyil.